SON XƏBƏRLƏR

Həmədanın millət vəkili: “Puldan 4 sıfırın silinməsi inflyasiya həddinə təsir göstərməyəcək”

2021.10.20, 07:36
Həmədanın millət vəkili: “Puldan 4 sıfırın silinməsi inflyasiya həddinə təsir göstərməyəcək”

Gunaz.tv

GünAz TV: Həmədanın millət vəkili Əmir Xocəstə pul vahidlərindən 4 sıfırın silinməsi ilə bağlı məlumatlara münasibət bildirib.

 

Onun sözlərinə görə, bu addım inflyasiya həddinə və iqtisadi inkifaşa heç bir təsir göstərməyəcək, dövlət bunun əvəzinə milli pul vahidlərinin dəyərinin yenidən qaytarılması və iqtisadiyyatda canlanma baş verməsi üçün proqram irəli sürməlidir: “İnflyasiya həddinin nəzarətdə saxlanılması və milli pul vahidlərinin dəyərinin qorunub saxlanması üçün ilk öncə ölkənin pul və bank siyasətinə nizam- intizam gətirilməlidir”- deyə millət vəkili əlavə edib.

 

O bildirib ki, bu məsələnin iqtisadi tərəfləri tam dəqiqliklə araşdırılmalı və nəzarət mexanizmləri yaradılmaqla, inflyasiya və onun cəmiyyətə göstərdiyi mənfi təsirlər azaldılmalıdır. Hazırki şəraitdə isə sıfırların silinməsi xalqın rifah halına heç bir təsir göstərməyəcək.

 

Qeyd edək ki, bir müddət əvvəl İranda inflyasiya həddinin aşağı salınması üçün milli pul vahidlərindən 4 sıfırın silinməsi ilə bağlı təkliflər irəli sürülmüşdü. Bir çox rəsmi və iqtisadçı isə buna qarşı çıxır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar