SON XƏBƏRLƏR

Hər il Ermənistanı 70 min nəfər tərk edir

2021.10.20, 07:36
Hər il Ermənistanı 70 min nəfər tərk edir

Gunaz.tv
Hər il Ermənistanı 70 min nəfər tərk edir Hər il Ermənistandan 70 min insan gedir. Bu barədə məlumat İrəvanda əmək miqrasiyasının təşkili ilə bağlı keçirilən seminarda verilib. ATƏT-in statistikasına görə, miqrantlardan 90 faizi seçimini Rusiya ilə bağlı edir. Əmək miqrantlarının 40 faizi işləmək üçün Moskvaya gedir. Miqrantların böyük əksəriyyəti tikinti sahəsində çalışır. ("OLAYLAR"İA) ------------------------------------------------------------------------- İran prezidenti erməniləri təbrik etdi article_1216213557.gif Əhmədinejat: "Ermənilər İran üçün önəmli və əvəzedilməz strateji əməkdaşdır" QayNar: İranda erməni kilsələrinin YUNESKO-da qeydə alınması münasibətilə İran prezidenti Mahmud Əhmədnejat erməniləri təbrik edərək İranda din azadlığından danışıb. "Qaynar.info" DAK-a istinadən xəbər verir ki, bu barədə bəyanat verən Əhmədnejat bildirib ki, hər zamankı kimi ermənilər İran üçün önəmli və əvəzedilməz strateji əməkdaşdır. Onun sözlərinə görə, “İran milləti” və onun “erməni soydaşları”nın abidələrinin YUNESKO-da qeydə alınması İran hakimiyyəti üçün fəxredici məqamdır. Güney Azərbaycanın ərazilərində min illər yaşı olan tarixi abidələri bilərəkdən dağıdan İran hakimiyyəti qısa müddət tarixə malik olan qondarma erməni abidələrinin qayğısına qalması, rejimin mahiyyətini bir daha üzə çıxarır. //T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar