SON XƏBƏRLƏR

HƏR ÜÇ CƏNUBİ QAFQAZ ÖLKƏSİ NATO-nun TƏRKİBİNDƏ OLACAQ_Vəfa Quluzadə: “Bu ölkələrin düşmən olması Rusiyanın siyasətinin nəticəsidir”

2021.10.20, 07:36
HƏR ÜÇ CƏNUBİ QAFQAZ ÖLKƏSİ NATO-nun TƏRKİBİNDƏ OLACAQ_Vəfa Quluzadə: “Bu ölkələrin düşmən olması Rusiyanın siyasətinin nəticəsidir”

Gunaz.tv
“HƏR ÜÇ CƏNUBİ QAFQAZ ÖLKƏSİ NATO-nun TƏRKİBİNDƏ OLACAQ” Vəfa Quluzadə: “Bu ölkələrin düşmən olması Rusiyanın siyasətinin nəticəsidir” 2562.jpg NATO-nun keçirdiyi hərbi təlimlərdə Azərbaycanın və Ermənistanın birgə iştirakı Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Bəziləri bunu yolverilməz sayır, bəziləri isə NATO-nun tədbirlərindən kənarda qalmağın Azərbaycana fayda gətirməyəcəyini bildirir. Qeyd edək ki, Gürcüstanda keçirilən təlimlərin müəllifi Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-la Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlığa uyğun olaraq reallaşdırılan tədbirə Azərbaycan və Ermənistandan da nümayəndə heyəti dəvət edilib. Azərbaycan Müdafiə Nazirliyi bu təlimlərdə 8 nəfərlik heyətlə iştirak edib. Qeyd edək ki, NATO-nun təşkilatçılığı ilə bundan əvvəl də Ermənistan və Azərbaycanın iştirakı ilə bir neçə tədbir keçirilib. Onlardan biri də Bakıda baş tutub və ermənilər bu tədbirə qatılıblar. Amma NATO-nun işğalçı dövlətlə işğala məruz qalan dövlətin eyni təlimlərə dəvət etməsi bir çoxları tərəfindən müsbət hadisə kimi qiymətləndirilmir. Politoloq Vəfa Quluzadə isə düşünür ki, NATO-nun tədbirlərində mütləq iştirak etmək lazımdır: “Azərbaycan NATO-nun tədbirlərindən kənarda qalmamalıdır. Məsələ ondan ibarətdir ki, əgər biz qlobal strateji baxımdan bütün regionumuza və problemlərə diqqət etsək, bu bölgənin gələcəyi aşağıdakı kimidir; hər üç Cənubi Qafqaz ölkəsi NATO-nun tərkibində olacaq. Yəni bu dövlətlər müttəfiq olacaqlar. Onların düşmən olması Rusiyanın siyasətinin nəticəsidir. Qərb yavaş-yavaş Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxaracaq. Ona görə də, Azərbaycan-Ermənistan münaqişəsini əbədi münaqişə kimi qəbul etmək lazım deyil. Bu münaqişə rus imperializminin bir məhsuludur. Rus imperializmi də artıq çöküb və çökməkdə davam edir. Buna görə də NATO-ya inteqrasiya etməkdən başqa yol yoxdur və bu qurumun tədbirlərindən kənarda qalmaq lazım deyil”. Elşad MƏMMƏDLİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar