SON XƏBƏRLƏR

Höccət Muxtarzadə müvəqqəti olaraq azadlığa buraxılıb

2021.10.20, 07:36
Höccət Muxtarzadə müvəqqəti olaraq azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Höccət Muxtarzadə (Araz) Təbrizin Mərkəzi Zindanından müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Məlumata görə, fəal 1 milyard riallıq mülki vəsiqə qarşılığında dekabrın 16-da səbəst buraxılıb.

 

Azərbaycanlı fəal noyabrın 17-də Ettelaat əməkdaşları tərəfindən öz iş yerində saxlanılıb. O iki həftə Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra noyabrın 30-da bu şəhərin mərkəzi zindanına köçürülmüşdür.

 

İranda benzinin bahalaşması və yoxsulluqla əlaqədar kütləvi etiraz aksiyaları keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal saxlanmışdır. Şübhəsiz ki, təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq önləyici tədbirlərə əl atmaq istəyib.

 

Höccət Muxtarzadə bundan əvvəl də Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar