SON XƏBƏRLƏR

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilər təlimə çağırılır-Müdafiə Nazirliyi

2021.10.24, 13:05
Ehtiyatda olan bir qrup hərbi vəzifəlilər təlimə çağırılır-Müdafiə Nazirliyi

Gunaz.tv

Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verilir.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər.

Təlim toplanışı noyabrın 6-dək davam edəcək. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar