SON XƏBƏRLƏR

Hüseyn Nəsirinin həbsinə dair çıxarılan qərar təsdiq edildi

2021.10.20, 07:36
Hüseyn Nəsirinin həbsinə dair çıxarılan qərar təsdiq edildi

Gunaz.tv

GünAzTv: Azərbaycanlı milli-mədəni fəal cənab Hüseyn Nəsirinin barəsində çıxarılmış hökm qərarı Apelyasi Məhkəməsi (Dadqah-i Təcdide Nəzər) tərəfindən təsdiqlənib.

 

1 illik həbs qərarı Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra bir neçə gün öncə Nəsirinin ailəsinə bildirilib. Hazırda milli-mədəni fəal Təbriz zindanının mali bölməsində həbsdə saxlanılır.

 

Xatırladaq ki, Hüseyn Nəsiri barədə keçmiş xəbərlərimizdə geniş məlumat vermişik. O 2010-cu il aprel ayının 2-i (1389-cu il Fərvərdin ayının 13-ü) Urmu Gölünü qurumaqdan nicat vermək məqsədi ilə keçirilən Yınğıncaq Kampaniyasında tutuqlanıb və günümüzə qədər həbsxanada saxlanılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar