SON XƏBƏRLƏR

İdlibdə İranın dəstəklədiyi 100-ə yaxın terrorist öldürülüb

2021.10.20, 07:36
İdlibdə İranın dəstəklədiyi 100-ə yaxın terrorist öldürülüb

Gunaz.tv

GünAz TV: Bəşər Əsədin İdlibə son hücumları zamanı onun tərəfindən vuruşan İranın dəstəklədiyi 100-ə yaxın xarici ölkə vətəndaşları olan terrorist həlak olub.

 

Anadolu agentliyinin məlumatına əsasən, Suriya rejimi sıralarında sivil xalqı qətliam edən həmin qruplaşmaların onlarla üzvünün meyidi, eləcə də çoxlu sayda yaralı ötən həftə ərzində İdlibdən Deyr əz-Zora gətirilib.

 

Rejim ordusunun suriyalı əsgərlərinin cəsədləri Deyr əz-Zorun Əl-Bukamal bölgəsində dəfn edilsə də, xarici terroristlərin cəsədləri İraqa göndərilib.

 

Qeyd etmək lazımdır ki, İran Suriyada vətəndaş müharibəsi başlayandan dərhal sonra Bəşər Əsədə hərbi və maddi yardım göstərməyə başlayıb. Bu istiqamətdə Hizbullah, “Sepah”, eləcə də onun formalaşdırdığı, Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət Fatimiyyun və Zeynəbiyyun adlı yaraqlı dəstələr uzun illərdir Əsəd rejiminə öz xalqını qətliam etməkdə kömək edirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar