Mikayıl Cabbarov: “Azərbaycan türkdilli dövlətlərlə münasibətlərin gücləndirilməsində fəal iştirak edir”

11.11.2021, 12:31

"Türk Şurasının İqtisadi Zirvəsi ortaq mədəni dəyərləri olan türkdilli dövlətlərin təktərəfli və çoxtərəfli əsasda bərabər və qarşılıqlı münasibətlərin təşviqi baxımından böyük önəm daşıyır".

Gunaz.tv Quote | Gunaz article

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, türkdilli dövlətlər müstəqilliklərin 30-cu ilində gələcəyə ümumbaxış konsepsiyanı müəyyən edirlər: “Hesab edirəm ki, aparılacaq müzakirələr qlobal çağırışlar və trendlər şəraitində türkdilli dövlətlərlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət, nəqliyyat, tranzit, logistika, investisiya istiqamətləri ilə yanaşı yaşıl və sirkulyar iqtisadiyyat, yaşıl enerji, iqlim dəyişikliklərinin qarşısını alınması üçün tədbirlər baxımından, rəqəmsallaşma və müasir dövrün tələblərinə cavab verən insan resurslarının formalaşdırılması üzrə tərəfdaşlığın inkişafı baxımından faydalı olacaq”.

Nazir qeyd edib ki, türkdilli dövlətlər arasında qarşılıqlı maraqlara əsaslanan münasibətlər, siyasi-iqtisadi tərəfdaşlıq ildən-ilə genişlənməklə son dövrlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: "Xalqlarımızın mədəni, tarixi bağlılığı ölkələrimizin coğrafi baxımdan yaxınlığı, əlaqələrimizin gücləndirilməsi, kommunikasiya xətlərinin və tranzit imkanlarının inkişafı, logistik mərkəzlərinin təşkili kimi hədəflərə nail olunmasında əlverişli imkanlar yaradır.

Bununla yanaşı, çoxtərəfli əməkdaşlığımızın inkişafı üçün səmərəli platforma olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində xalqlarımızın birliyinin gücləndirilməsi üçün siyasi, mədəni və iqtisadi sahədə məqsədyönlü fəaliyyət həyata keçirilir. Şura çərçivəsində iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi potensialını, bu məqsədlə müvafiq strukturlarının ,o cümlədən Türkdilli ölkələrin İnvestisiya Fondunun, Türk Ticarət Evlərinin yaradılmasının, biznes forumlarının, ixrac missiyalarının təşkilinin əhəmiyyətini xüsusi ilə vurğulamaq istəyirəm. 

Azərbaycan da türkdilli dövlətlərlə tərəfdaşlıq münasibətlərin gücləndirilməsində fəal iştirak edir, irəli sürülən birgə təşəbbüslərin reallaşmasına səy göstərir”. (report.az)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

2021-12-08

gun az article

Ekspert: "Ermənistan Azərbaycanla atəşkəs razılaşmasının pozulmasına son qoymalıdır"

2021-12-08

gun az article

Hindistan Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

2021-12-08

gun az article

İsrailli hüquqşünas: "Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində qalib gəldi"

2021-12-08

gun az article

İran Mahşəhr şəhərində “terrorçu qruplaşma”nı zərərsizləşdiyini iddia edir

2021-12-08

gun az article

Hüseyn Salami: “Ölkədə istehsal etdiyimiz pilotsuz uçuş aparatları istənilən yerdə əməliyyat keçirə, eniş edə bilərlər”

2021-12-08

gun az article

İbrahim Rəisi: “Məsul qurumlar valyuta bazarına müdaxilə edən amillərin kimliyini müəyyənləşdirməlidir”

2021-12-08

gun az article

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti və "3+3" formatını müzakirə ediblər

2021-12-08

gun az article

İranda “Twitter” hesabında hakimiyyəti tənqid edən siyasi fəal həbs edilib

2021-12-08

gun az article

Almaniyada yeni kansler seçilib

2021-12-08

gun az article

Amerika İran gəmilərinin qanunsuz olaraq daşıdığı neft və silahları müsadirə edib - FOTO

2021-12-08

gun az article

“Hərbi Qənimətlər Parkı” erməni xalqına nifrət yaratmaq üçün deyil – XİN

2021-12-08

gun az article

Bayden: “Amerika qüvvələrinin Səudiyyə Ərəbistanında olması İranın düşmənçilik hərəkətlərinin qarşısını almaq üçündür”

2021-12-08

gun az article

"Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu artırır"-Millət vəkili

2021-12-08

gun az article

Ombudsman: "Beynəlxalq məhkəmənin qərarı regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir"

2021-12-08

gun az article

Nazir müavini: "Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq"

2021-12-08

gun az article

Ağ Ev: “Bayden və Putin İran barədə konstruktiv danışıqlar aparıblar”

2021-12-08

gun az article

ABŞ, Rusiya və Fransa Azərbaycanla Ermənistana çağırış etdi

2021-12-08

gun az article

ABŞ İranın xüsusi polis bölmələrinə və SEPAH komandirlərinə sanksiya tətbiq edib

2021-12-08

gun az article

Ermənistanda etnik zəmində zorakı çağırışlarla bağlı Beynəlxalq Ədalət Məhkəməsi qərar verib

2021-12-08