SON XƏBƏRLƏR

İki məscidə hücum edən terrorçu məhkəmə qarşısında

2021.10.20, 07:36
İki məscidə hücum edən terrorçu məhkəmə qarşısında

Gunaz.tv

GünAz TV: Yeni Zelandiyanın Kraystçerç (Christchurch) şəhərində iki məscidə hücumlar edən terrorçu Brenton Harrison Tarrant məhkəməsinə çıxarıldı və cinayət işi ilə bağlı ittiham olundu.

 

Yeni Zelandiya radiosunun xəbərinə görə, Kraystçerçdəki əl-Nur (Al Noor) və Linvud (Linwood) məscidlərində cümə namazı qılınan zamanı 49 adamı öldürən və 40 nəfərin də yaralanmasına səbəb olan avstraliyalı terrorçu elə hadisəni törətdiyi 15 martda həbs olundu.

 

Mediada yayılan məlumata görə, ağır cinayət törətməkdə ittiham olunan terrorçu məhkəmə zalına girərkən gülümsəyib və irqçi işarələr göstərib.  

 

5 aprelə qədər davam edəcək məhkəmə bu tarixədək cinayətkarın həbsxanada saxlanılmasına qərar verdi.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar