SON XƏBƏRLƏR

İKİNCİ DAK-ı DA HƏMSƏDRLƏR İDARƏ EDƏCƏK. HƏMSƏDR PAŞA QƏLBİNUR: «ƏSİL DAK BUDUR»

2021.10.20, 07:36
İKİNCİ DAK-ı DA HƏMSƏDRLƏR İDARƏ EDƏCƏK. HƏMSƏDR PAŞA QƏLBİNUR: «ƏSİL DAK BUDUR»

Gunaz.tv
İKİNCİ DAK-ı DA HƏMSƏDRLƏR İDARƏ EDƏCƏK. HƏMSƏDR PAŞA QƏLBİNUR: «ƏSİL DAK BUDUR» Bu gün Belçika paytaxtı Brüsseldə Dünya Azərbaycanlıları və Demokratik Dünya Azərbaycanlıları konqreslərinin birlik qurultayı yekunlaşıb. «Media forum» saytı xəbər verir ki, professor Paşa Qəlbinur və Məhəmmədrza Xeşti birləşmiş DAK-a həmsədr seçiliblər. DAK-ın sədri olmuş Qulamrza Sədri Təbrizi sayta açıqlamasında bildirib ki, o, qurumun rəhbərliyinə heç bir iddia etməyib, namizədliyini irəli sürməyib: «Qurultay 21 nəfərlik İdarə Heyəti seçdi. İdarə Heytinin üzvləri arasından isə Azərbaycandan professor Paşa Qəlbinur və ABŞ-dan Məhəmmədrza Xeşti həmsədr oldular. Artıq qurultay yekunlaşıb. İştirakçılar bu gün başqa bir tədbirə - Avropa Parlamentinin iqamətgahında düzənlənən «Güney Azərbaycanın çağdaş durumu və siyasi gələcəyi» seminarına qatılacaqlar». Həmsədr Paşa Qəlbinur «Media forum» saytına bildirib ki, Q.Təbrizi DAK-ın fəxri sədri seçilib: «İlk dəfədir ki, İdarə Heyətinə dünyanın daha çox ölkələrindən nümayəndələr daxil olub. Qurumda tanınmış adamlar var: Rusiyadan Tofiq Məlikov, diplomat Ramiz Abutalıbov, Azərbaycandan Vaqif Sultanlı, Əmir Pəhləvan, Eliza İsmayılova, Mərdan Qəniyev, ABŞ-dan Əhməd Obalı və başqaları. Qurultay çox rahat, çox mehriban şəraitdə keçdi». Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK-a gəlincə, P.Qəlbinur bildirib ki, bu təşkilatı 1997-ci ildə hazırda «Gün AZ» televiziyasına rəhbərdik edən Əhməd Obalı Los-Anceles şəhərində təsis edib: «Təsisçi Əhməd Obalı bu qurultayda iştirak etdi. Deməli, əsil DAK da budur. Onlar ümimi DAK ola bilər, nəsə başqa bir qurum ola bilər, amma əsil DAK budur». Dünya Azərbaycanlıları Konqresi 1997-ci ildə ABŞ-da yaradılıb. 2005-ci ildə təşkilat parçalanıb və DAK adlı iki qurum fəaliyyət göstərib. Onlardan birinə Cavad Derəxti, digərinə Məhəmmədrza Xeşti rəhbərlik edib. Məhəmmədrza Xeştinin rəhbərlik etdiyi DAK 2006-cı ildə İsveç paytaxtı Stokholmda qurultay keçirib və qurumun adı dəyişdirilərək Demokratik DAK adlandırılıb. Cavad Derəxtinin rəhbərlik etdiyi DAK-ın qurultayında isə (2007-ci il iyulun 7-8-də Almaniyanın Köln şəhərində keçirilib) Qulamrza Səbri Təbrizi qurumun yeni sədri seçilib. 2007-ci il dekabrın əvvəlində DAK-la Demokratik DAK arasında birləşdirici qurultaya gedilməsi haqda saziş imzalanıb. Ancaq qurum yenidən parçalanıb.Yeni parçalanmanın əsası bu il martın 4-də bir qrup İdarə Heyəti üzvünün keçirdiyi paltak iclasda qoyulub. Həmin iclasın qərarına görə, Q.Təbrizi DAK sədrliyindən kənarlaşdırılıb. Onun yerinə şair Sabir Rüstəmxanlı seçilib. Lakin İdarə Heyətinin digər qrupu martın 4-də verilən qərarı qeyri-legitim sayıb. İyunun 6-8-də isə Almaniyanın Köln şəhərində S.Rüstəmxanlının rəhbərlik etdiyi DAK özünün 10-cu qurultayını keçirib. S.Rüstəmxanlı və Firidun Pərvizniya həmsədr seçiliblər. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar