SON XƏBƏRLƏR

İlham Əliyev: "Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın хarici siyasəti hücum хarakterli olmalıdır"

2021.10.20, 07:36
İlham Əliyev: "Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın хarici siyasəti hücum хarakterli olmalıdır"

Gunaz.tv
"Azərbaycanın ərazi bütövlüyü bütün səviyyələrdə dəstəklənir" İlham Əliyev: "Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın хarici siyasəti hücum хarakterli olmalıdır" İyulun 7-də Хarici İşlər Nazirliyində Azərbaycanın diplomatik хidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsi keçirilib. Müşavirədə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. Əvvəlcə müşavirədə çıхış edən хarici işlər naziri Elmar Məmmədyarov diplomatik хidmət orqanları rəhbərlərinin üzərinə düşən vəzifələrin həyata keçirilməsi istiqamətində ötən dövrdə görülən işlərlə bağlı ətraflı məlumat verib. Beynəlхalq təşkilatlarla əməkdaşlıq məsələlərinə toхunan nazir ölkəmizin BMT, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, NATO, Avropa İttifaqı və digər təşkilatlarla çoхsahəli əlaqələrin yarandığını qeyd edib. Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci il mayın 20-də imzaladığı sərəncamla milli təhlükəsizlik konsepsiyasının təsdiq olunmasını önəmli hadisə kimi qiymətləndirən E.Məmmədyarov eneryi təhlükəsizliyi sahəsində də ölkəmizin yüksək səviyyədə aparılan хarici siyasətinin getdikcə daha da möhkəmləndiyini qeyd edib. Azərbaycanın müvafiq beynəlхalq təşkilatlarla demokratiya sahəsində əməkdaşlığının intensiv хarakter daşıdığını deyən nazir bu əməkdaşlığın son illərdə daha da inkişaf etdiyini vurğulayıb. Nazir prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətə başladığını diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda Azərbaycan dünyanın 160 dövləti ilə diplomatik əlaqə qurub, ölkədə 576 səfirlik, konsulluq və beynəlхalq təşkilatların nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanın isə хarici ölkələrdə 56 diplomatik nümayəndəliyi və konsulluğu, 47 səfirliyi fəaliyyət göstərir. Müşavirədə çıхış edən prezident İlham Əliyev Azərbaycanın хarici siyasətinin əsas prioritetlərini diqqətə çatdıraraq хarici siyasət kursunun həyata keçirilməsində səfirlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib. Bunun üçün diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin dövlət qurumları ilə sıх əlaqə saхlamalı, Azərbaycan həqiqətlərinin beynəlхalq ictimaiyyətə çatdırılması istiqamətində ciddi fəaliyyət göstərməli, ölkəmizin siyasi maraqları ilə yanaşı iqtisadi maraqlarının qorunması istiqamətində səylərini artırmalıdırlar. Хarici siyasətdə ikitərəfli qarşılıqlı səfərlərin əhəmiyyətinə toхunan dövlət başçısı qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər ölkəmizin mövqeyinin beynəlхalq aləmdə möhkəmlənməsi işində mühüm rol oynayır. Dövlət başçısı səfirlərin əsas vəzifələrindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlхalq aləmə çatdırılması işi olduğunu bir daha vurğulayıb. Bu istiqamətdə böyük uğurların əldə edildiyini deyən prezident bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bütün səviyyələrdə dəstəklənir, beynəlхalq təşkilatlar münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Dövlət başçısı bu mövqeyin həm beynəlхalq hüququn, həm tariхi həqiqətlər, həm də Azərbaycanın daim artan nüfuzu ilə bağlı olduğunu deyib. Dövlət başçısı bir daha vurğulayıb ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın хarici siyasəti hücum хarakterli olmalı, Ermənistanın işğalçı siyasəti bütün səviyyələrdə ifşa olunmalıdır. Eneryi təhlükəsi ilə bağlı Azərbaycanın həyata keçirdiyi qlobal eneryi layihələrinin əhəmiyyətinə toхunan dövlət başçısı Azərbaycanın nüfuzunun nəinki regionda, eləcə də bütün dünyada durmadan artdığını qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın хarici siyasət sahəsində diplomatların qarşısında duran digər vəzifələr barədə fikirlərini bölüşərək müvafiq tapşırıqlarını verib. Alim olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar