SON XƏBƏRLƏR

Milli fəal Meysəm Colani müvəqqəti azadlığa buraxılıb

2022.11.07, 08:15
Milli fəal Meysəm Colani müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

Milli-mədəni fəal Meysəm Colani noyabrın 6-da 300 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Ərdəbil zindanından buraxılıb.

Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsinin sədri Kamyar Səlim milli fəala qarşı “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək əlbir olmaq və toplaşmaq” ittihamı irəli sürüb.

Meysəm Colani sentyabrın 22-də Germi bölgəsinin Ocaq şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, saxlanıldığı zaman ağır döyülüb və təhlükəsizlik idarəsinin təcridxanasında dindirildikdən sonra oktyabrın 5-də ərdəbil zindanına köçürülüb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar