SON XƏBƏRLƏR

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxılıb

2021.10.20, 07:36
Milli fəal Əli Vasiqi məzuniyyətə buraxılıb

Gunaz.tv

Zindan məsulları milli fəala 50 milyon tümənlik girov qarşılığında məzuniyyət hüququndan istifadə etməyə icazə veriblər.

Əli Vasiqinin qardaşı Rza Vasiqidə Ərdəbil zindanında iki illik həbs cəzasını çəkir.

Rza və Əli Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.

Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.

Gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham edilən milli fəallar iki il həbsə məhkum ediliblər.

1985-ci ildə Ərdəbildə anadan olmuş Əli Vasiqi iki qız atasıdır.

O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar