SON XƏBƏRLƏR

Milli fəal Behnam Zareyinin girovla müvəqqəti sərbəst buraxılmasına icazə verilmir

2022.08.01, 04:57
Milli fəal Behnam Zareyinin girovla müvəqqəti sərbəst buraxılmasına icazə verilmir

Gunaz.tv

Qeyd edək ki,  Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsindən olan  Behnam Zareyi iyulun 27-də Əhər zindanına köçürülüb.

Vərziğan prokurorluğu  milli fəalın ailəsinin müraciətlərinə baxmayaraq girov təyin etməkdən imtina edib.

Onun ailəsi ilə görüşünə və telefon danışığına icazə verilmir.

Bu günə kimi Behnam Zareyinin barəsində dəqiq ittiham irəli sürülməsə də, onun "Vərziğansəsi" sosial media kanalı vasitəsilə bölgənin problemləri, ətraf mühitin məhv edilməsi barədə paylaşımları ilə bağlı saxlanıldığı ehtimal edilir.

Behnam Zareyi iyulun 9-unda Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Behnam Zareyi kənd təsərrüfatı elmləri üzrə bakalavr və siyasi elmlər üzrə aspirantdır.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar