ABŞ institutu: “İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar”

28.01.2023, 14:00

“Dünən, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı müxtəlif versiyalar irəli sürülür. Daxildəki etirazçılar hadisə ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) günahlandırırlar”.“Dünən, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı müxtəlif versiyalar irəli sürülür. Daxildəki etirazçılar hadisə ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) günahlandırırlar”.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

“Etirazçılar beynəlxalq ictimaiyyəti SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırırlar. İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı “Nour News” agentliyi bildirib ki, hücum Bakı ilə Tehran arasındakı əlaqələrə xələl gətirməməlidir”, - institutdan bildirilib.

Qərb analitiklərinin fikrincə, dünən Tehran əyalət polisinə yeni rəisin təyin olunması təsadüfi deyil: “İranın hüquq-mühafizə orqanlarının komandiri briqada generalı Əhməd Rza Radan Azərbaycan səfirliyinə hücumdan bir neçə saat sonra Tehran əyalət bölməsinin rəisi Hüseyn Rəhimini vəzifəsindən azad edib və yeni komandir gətirib.

Sözügedən vəzifəyə Əlborz əyalətinin komandiri vəzifəsində çalışmış briqada generalı Abbas Əli Məhəmmədi təyin olunub.

Bunun səfirliyə hücumla bağlı olub-olmadığı məlum deyil. Çünki Əhməd Rza Radan əsas vəzifələrə məhz etibarlı zabitlər təyin etməyə çalışır”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb. (report)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

I Türkçülük Çalışmaları sempozyumu

2023-03-28

gun az article

Türkiyə İrandan ikiqat güclüdür və fərqi artırır

2023-03-28

gun az article

İlham Əliyev: "Fransanın Azərbaycana ədalətsiz və mənfi münasibəti təsadüfi deyil"

2023-03-28

gun az article

Türkiyədə iranlı mühacirlərin sayı kəskin artıb

2023-03-28

gun az article

Prezident: Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir

2023-03-28

gun az article

Prezident Laçına xüsusi nümayəndə təyin etdi

2023-03-28

gun az article

İranda daha 8 iş yeri oruc tutulmadığına görə bağlandı

2023-03-28

gun az article

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

2023-03-28

gun az article

Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

2023-03-28

gun az article

İranlılar kapitallarını Türkiyəyə daşıyır

2023-03-28

gun az article

İran məhkəməsinin sədri şəriət qaydalarına əməl etməyənləri hədələdi

2023-03-28

gun az article

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

2023-03-28

gun az article

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”

2023-03-28

gun az article

MN: "Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir"-VİDEO

2023-03-28

gun az article

İran dünyanı hədələdi

2023-03-28

gun az article

Ağ Ev: "İrana bağlı qüvvələrinin hücumlarına baxmayaraq, Suriyadan geri çəkilməyəcəyik"

2023-03-28

gun az article

Rusiya Ukraynada daha 570 hərbçisini itirdi

2023-03-28

gun az article

İranın keçmiş prezidenti qızı həbsxanadan məzuniyyətə buraxılıb

2023-03-28

gun az article

"Rusiya İrana kiber avadanlıq verir"- “Vol Strit Jurnal”

2023-03-28

gun az article

Tehranda polis qüvvələrinin sayı artırılır

2023-03-28