SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ PREZİDENT SEÇKİLƏRİNƏ 2 GÜN VAXT QALIR

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ PREZİDENT SEÇKİLƏRİNƏ 2 GÜN VAXT QALIR

Gunaz.tv
Ölkə tarixində ən mühüm seçki olacağı proqnozlaşdırılan bu prosesin sürprizlə sonuclanacağı istisna edilmir İran ADLANAN YERDƏ iyunun 12-də keçiriləcək prezident seçkiləri xarici və daxli siyasətə təsiri baxımından ölkə tarixində ən həssas və mühüm seçk kimi qiymətləndirilir. Əvvəlki seçkilər açıq şəkildə mühafizəkarlar və islahatçıların mübarizəsi kimi yadda qalsa da, bu dəfəki dövlət başçısı seçimi müxtəlif yönümlü siyasətilərin gərgin yarışına bənzəyir. 240-dən çox siyasi patiya tiəşkilatın namizədlərini irəldi sürdüyü seçkidə əvvəlki nəsillərlə yeni nəsillər, əvvəlki dünya görüşü ilə dünyaya yeni,müasir baxışın qarşı-qarşıya gələcəyi bildirilir. Mübarizə namizədlikləri qeydə alınan 4 nəfər arasında getsə də, mühafizəkar Mahmud Əhəmədinejat və islahatçı Mir Hüseyn Musəvi qələbəyə daha yaxındırlar. Hər ikisi fərqli siyasi dünya görüşünü təmsil etsə də, bu rəqibləri birləşdirən əsas cəhət sadə və orta təbəqəli həyat tərzi sürmələridir. Hər iki namizədin ölkə idarəetməsi və dövlət rəhbərliyi sahəsində təcübəsi,dövlətin xalq üçün işləməsi prinsipi və islam dəyərlərinə sədaqətləridir. Onları fərqləndirən cəhətlər isə hər birinin iqtisadi və xarici siyvasətlə bağlı mövqeləridir. Mahmud Əhmədinejat radikallığa,bəzən hərbi vasitəyə üstünlük versə də, Mir Hüseyn Musəvi bütün əlaqələrdə və atacağı addımlarda diplomatik üsullardan istifadə edəcəyini vəd verib. Seçkinin nəticələrinin son ana qədər seçimlərini dəqiqləşdirməyən İran vətəndaşlarının sayəsində süprizlərə səbəb olacağı istisna deyil. Seçkidə dini liderlər,media rəhbərləri və ordu qüvvələrinin namizədlərə verəcəyi dəstəiyn də mühüm rolu olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar