SON XƏBƏRLƏR

İran Dövlət Televiziyası Amerikanın pilotsuz uçan aparatının qalıqlarını nümayiş etdirib - FOTOLAR

2021.10.20, 07:36
İran Dövlət Televiziyası Amerikanın pilotsuz uçan aparatının qalıqlarını nümayiş etdirib - FOTOLAR

Gunaz.tv

GünazTV: İyunun 21-də İran Dövlət Televiziyası “Sepah” raketi ilə vurulmuş Amerikanın pilotsuz uçan aparatının qalıqlarını nümayiş etdirib.

 

Amerikanın “MQ-4C Triton” tipli pilotsuz uçan kəşfiyyat aparatının qalıqlarının nümayiş etdirilməsinin ardınca İranın hava hücumundan müdafiə “Xatəm ül Ənbiya” qərargahı komandanının müavini Qadir Rəhimzadə jurnalistlərə açıqlamasında məsələyə aydınlıq gətirib.

 

O deyib ki, İran ölkənin hava sərhəddini pozan Amerika təyyarələrinə dəfələrlə xəbərdarlıq edib: “Amerika təyyarələrinə beynəlxalq qanunlara məhəl qoymayaraq bizim hava sərhədlərimizi pozduqlarına görə, eləcə də onların bizim dəniz sərhədlərimizi keçdiyinə görə dəfələrlə xəbərdarlıq edilib. Bütün bu xəbərdarlıqlar, həmçinin Amerika təyyarələrinin uçuş istiqamətləri də qeydə alınıb. Lakin amerikalıların beynəlxalq qanunlara riayət etməməsi və onların bu xəbərdarlıqlara məhəl qoymaması, sözü gedən pilotsuz uçan aparatın vurulmasına səbəb oldu” –deyə Qafir Rəhimzadə əlavə edib.

 

Hava hücumundan müdafiə “Xatəm ül Ənbiya” qərargahı komandanının müavini Qadir Rəhimzadə

 

Xatırladaq ki, “Sepah” terror təşkilatı iyunun 20-də İranın Hormozqan əyalətində yerləşən “Mübarək” dağının yaxınlığında “ölkə sərhəddini pozduğuna görə” Amerikanın “MQ-4C Triton” tipli pilotsuz uçan kəşfiyyat aparatını vurduğundan xəbər verib.

 

 

Amerikanın Müdafiə Nazirliyi “Pentaqon” isə “Sepah”ın bu iddiasından fərqli olaraq, bildirib ki, bu ölkəyə məxsus pilotsuz uçan aparat İran sərhəddini pozmayıb və o beynəlxalq hava məkanında və Hörmüz boğazı üzərində uçarkən İran tərəfindən vurulub.

 

 

 

 

 

 

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar