SON XƏBƏRLƏR

İran hərbi təlimlərə başlayıb

2021.10.20, 07:36
İran hərbi təlimlərə başlayıb

Gunaz.tv
İran hərbi təlimlərə başlayıb "İsraillə ABŞ İrana hücum etsələr onların hərbi-dəniz qüvvələrinə çox ağır zərbələr vuracağıq. Amerikalıların İran tərəfə ilk atışı ona dəlalət edəcək ki, ABŞ-ın bütün dünyadakı həyati maraqları odda qarsalanacaq". İranın dini liderinin "İslam İnqilabı Keşikçiləri Korpusu"ndakı (Sepahe Pasdarane İnkelabe İslame, "Sepah) Əli Şirazi qoşunların qarşısında çıxış edərkən bildirib ki, 1979-cu ildəki İslam İnqilabından bəri iranlılar ən döyüşkən haldadır. İran hərbi-hava qüvvələrinin hava hücumundan müdafiə diviziyası və hərbi-dəniz qüvvələrinin gəmiləri "Böyük Peyğəmbər-3" adlı hərbi təlimlərə başlayıblar. Təlimlərin başlıca məqsədi "Sepah" korpusunun tərkibindəki hava hücumundan müdafiə və hərbi-hava qüvvələrinin döyüş hazırlığı səviyyəsini yüksəltməkdir. Təlimlərin keçirildiyi konkret məkan göstərilməsə də, manevrlərə raket qoşunlarının da qatıldığı bildirilir. İsrailin Müdafiə Nazirliyi, silahlı qüvvələri və xüsusi xidmətlərindəki yüksək çinli generallar isə İrana zərbələrə hazır olmadıqlarını deyirlər. Təl-Əvivdə çıxan "Maariv" qəzeti etibarlı mənbələrinə istinadən bildirir ki, siyasətçilərin İranın ünvanına fasiləsiz hədə və ultimatumları hərbçiləri sinirləndirib. "Onlar nə etdiklərini, nə dediklərini bilirlərmi? Biz İrana zərbələr endirməyə hazır deyilik. Belədirsə, Tehrandakı molla reжimini daha da qıcıqlandırmaq kimin maraqlarına xidmət edir?! - Müdafiə Nazirliyindəki generallardan biri deyib. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar