SON XƏBƏRLƏR

İRAN HƏRBİÇİLƏRİ MİNAYA DÜŞÜB

2021.10.20, 07:36
İRAN HƏRBİÇİLƏRİ MİNAYA DÜŞÜB

Gunaz.tv
İRAN HƏRBİÇİLƏRİ MİNAYA DÜŞÜB İranın İraqla həmsərhəd olan Kirmanşah əyalətinin Qəsri-Şirin sərhəd zonasında İran ordusunun 5 hərbiçisi minaya düşüb. Hadisədə dörd hərbiçinin həlak olduğu, bir əsgərin isə yaralandığı bildirilir. «Media forum» saytının məlumatına görə, yerli rəsmilərdən biri «İsna» agentliyinə açıqlamasında həlak olanların 81 saylı Kirmanşah zirehli diviziyasının üzvləri olduğunu vurğulayıb. Qeyd edək ki, İranla İraq arasındakı 8 illik müharibədə bu ölkələr arasındakı sərhəd zonalarında çoxlu mina basdırılıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar