SON XƏBƏRLƏR

İran məhkəmə sistemində yeni təyinat: Xamneyinin damadının qardaşı Laricanini əvəz edib

2021.10.20, 07:36
İran məhkəmə sistemində yeni təyinat: Xamneyinin damadının qardaşı Laricanini əvəz edib

Gunaz.tv

GünAz TV: İran məhkəmə sisteminin İnsan Hüquqları Qərargahının katibi Məhəmməd Cavad Laricani tutduğu vəzifədən azad edilib.

 

Bu barədə açıqlama verən məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli bildirib ki, İbrahim Rəisinin göstərişilə Laricanini bu vəzifədə Əli Bağıri Kəni əvəzləyib.

 

Məhəmməd Cavad Laricani 2004-cü ildən sözügedən vəzifəni tuturdu. İnsan Hüquqları Qərargahı beynəlxalq təşkilatlarda İranda insan haqlarının pozulması ilə bağlı məsələlərə cavab vermək üçün yaradılmış rəsmi orqandır.

 

Əli Bağıri Kəni Mahmud Əhmədinejadın dövründə diplomatik postlar tutub. Ruhaninin prezident seçilməsindən sonra "İmam Sadiq" Universitetində dərs deyirdi. Onun qardaşı "dini lider" Əli Xamneyinin damadıdır.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar