SON XƏBƏRLƏR

İRAN PREZİDENTİ ABŞ HƏRBİÇİLƏRİNİN ONU OĞURLAMAQ İSTƏDİKLƏRİNİ DEYİB

2021.10.20, 07:36
İRAN PREZİDENTİ ABŞ HƏRBİÇİLƏRİNİN ONU OĞURLAMAQ İSTƏDİKLƏRİNİ DEYİB

Gunaz.tv
2008-06-19 - 17:02:00 Bu gün Qum Elmiyyə Hövzə Müdərrisləri (müəllimləri) Birliyi üzvlərinin toplantısında çıxış edən İran prezidenti Mahmud Əhmədinejad İraqa mart ayında gerçəkləşən səfərində ABŞ hərbiçilərinin onu oğurlamağa cəhd göstərdiklərini deyib. Xəbəri İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») keçmiş komandanı Möhsün Rzaiyə məxsus «www.tabnak.ir» saytı yayıb. «Media forum»un məlumatına görə, prezident deyib: «İraqa səfərimdə amerikalılar əvvəlcədən hazırlanmış bir planla məni oğurlayıb ABŞ-a aparmaq istəyirmişlər. Onlar terrorizmi bəhanə edərək məni İrana qaytarmaq müqabilində ölkədən bac və imtiyaz almaq niyyəti güdürmüşlər. Lakin Allahın köməyi ilə səfər proqramında baş vermiş bir neçə dəyişikliklə onların bu planı pozulub». M.Əhmədinejad ABŞ prezidentinin İrana hərbi hücuma keçmək üçün bu günə qədər iki dəfə ciddi qərar qəbul etdiyini də vurğulayıb: «Son iki ildə Buş İrana hücuma keçmək üçün iki ciddi qərar qəbul etsə də, ABŞ ordusunun yüksək rütbəli komandanları buna qarşı çıxıb, bu hərəkətin çox ağır və acınacaqlı nəticələrə gətirib çıxaracağını deyiblər».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar