SON XƏBƏRLƏR

İran rəsmisi: “Ölkədə 4 milyon, 404 min narkoman var”

2021.10.20, 07:36
İran rəsmisi: “Ölkədə 4 milyon, 404 min narkoman var”

Gunaz.tv

GünazTV: İranda narkotik maddələrin yayılmasına qarşı mübarizə qərargahının rəis müavini Nasir Aslani oktyabrın 15-də jurnalistlərə açıqlamasında islam respublikasında narkomaniyanın geniş yayılmasından və narkomanların sayının kəskin artmasından danışıb.

 

O bildirib ki, son 30 ildə ölkədə əvvəlki illərlə müqayisədə narkomanların sayı getdikcə artıb: “İslam inqilabının qələbə çalmasından sonra 1979-cu ildən 1988-ci ilə qədər ölkədə narkotik maddələrin yayılması qismən azalsa da, 1988-ci ildən bu yana vətəndaşların narkotik maddələrdən istifadəsi xeyli dərəcədə artmağa başlayıb. Belə ki, hazırda ölkədə 4 milyon 408 min narkoman var. Onlardan 2 milyon, 808 min nəfəri daimi olaraq narkotik maddələrdən istifadə edənlərdir. 1 milyon 600 min nəfəri isə vaxtaşırı həvəs zamanı həmin maddələri qəbul edənlərdir” –deyə, İran rəsmisi Nasir Aslani bildirib.

 

İranda əhali arasında narkotik maddələrin geniş yayılmasının səbəblərinə toxunmayan Nasir Aslani, ölkədə narkomanların sayının 4 milyon, 404 min nəfər olduğunu bildirsə də, İrandakı qeyri-rəsmi mənbələr bu rəqəmin qat-qat çox olduğunu bildirirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar