SON XƏBƏRLƏR

İran rəsmisi- Şərqi Azərbaycanda Koronavirusdan ölənlərin sayı 4-ə çatıb

2021.10.20, 07:36
İran rəsmisi- Şərqi Azərbaycanda  Koronavirusdan ölənlərin sayı  4-ə çatıb

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan əyalətində koronovirusdan ölənlərin sayı  dörd nəfərə çatıb. Bu haqda Təbrizin Tibb Universitetinin rəisi məlumat verib.

 

Məhəmməd Hüseyn  Sominin dediyinə görə, Şərqi Azərbaycanda 48 nəfərdə koronavirus aşkarlanıb, bunlardan isə, dörd nəfər canını itirib.

 

Somi əlavə edib ki, koronavirus testlərinin cavabları tədricən bəlli olduqca yoluxanların sayının daha artıq olması ehtimal olunur.

 

Onun dediyinə görə, virusa yoluxanların əksəriyyəti hazırda Təbriz xəstəxanalarında müalicə alırlar.

 

Eyni zamanda Güney Azərbaycanın Xoy bölgəsində də ilk yoluxma halı rəsmi olaraq təsdiqlənib.

 

Xoy Tibb Universitetinin rəisi, Fatimə Müqəddəm Təbrizinin dediyinə görə  Xoyda koronavirus şübhəsi ilə  11 nəfərdən analiz götürülüb və bunlardan birində yoluxma hali aşkarlanıb.

 

Beləliklə Qərbi Azərbaycan əyalətində 124 nəfər şübhəlidən beş nəfərinin koronavirusa yoluxması təsdiqlənib.

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar