İran rəsmisi: “Şəxsən özüm polis qüvvələrinə əmr etdim ki, etirazçılara atəş açsınlar” - VİDEO

02.12.2019, 11:37

GünazTV: İranın Qüds (Həsənxan Qalası) şəhərinin fərmandarı Leyla Vasiqi, dekabrın 1-də dövlət televiziyasına müsahibəsində son etirazlarda fərmandarlıq binasına hücum edən qəzəbli əhaliyə qarşı atəş açmaq əmri verdiyini bildirib.

 

Fərmandarlıq binasına hücum edən etirazçıları “iğtişaşçı” və “təxribatçı” adlandıran Leyla asiqi deyib ki, o, etirazçılara fərmandarlıq binasına daxil olarkən atəş açılması əmrini verib: “Hadisə zamanı fərmandarlıq binasını qoruyan polis əməkdaşlarının çoxu şəhər meriyasını qorumağa getmişdilər. Burada az mühafizəçi qalmışdı. Onlar da qəzəbli etirazçıları görən kimi fərmandarlığın daxilinə geri çəkildilər. Lakin benzinin bahalaşmasını bəhanə edən qəzəbli etirazçılar binanın qapılarını sındırdıqdan sonra içəriyə girdilər. Onlardan isə bəziləri  fərmandarlıq mühafizəçilərinə meydan oxuyur, sinələrini qabardaraq “bacara bilsəniz atəş açın” deyirdilər. Onlar polisin atəş açmaq əmri almadığını zənn etdikləri üçün bunu edirdilər.

 

Lakin mən şəxsən özüm fərmandarlıq mühafizəçilərinə əmr etmişdim ki, etirazçılar binanın  daxilinə girsələr onlara atəş açsınlar. Belə də oldu. Hücumçular binaya daxil olmağa cəhd göstərəndə mühafizəçilər əmrimi yerinə yetirib onlara atəş açdılar” –deyə Qüds (Həsənxan Qalası) şəhərinin fərmandarı Leyla Vasiqi soyuqqanlılıqla əlavə edib.

 

Leyla Vasiqi atəş nəticəsində qətlə yetirilən etirazçıların sayını açıqlamayıb.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 500 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

VİDEO:

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmu gölünün bərpası ilə bağlı 27 layihə dayandırılıb

2022-08-16

gun az article

Şərqi Azərbaycanın 700 kəndində su böhranı yaşanır

2022-08-16

gun az article

"Urmu gölü quruyacağı təqdirdə Təbriz təxliyə edilməlidir"- Sabiq nazirdən xəbərdarlıq

2022-08-16

gun az article

SEPAH Qərbi Azərbaycana çoxlu sayda hərbi qüvvə toplayıb

2022-08-16

gun az article

“Parlaq gələcək”də müzakirə: “İfadə azadlığı və İran terrorçuluğu” və “Güney Azərbaycan gəncliyi”-VİDEO

2022-08-16

gun az article

Mədəni fəal Məhəmməd Eyni Rəşt zindanından sərbəst buraxılıb

2022-08-16

gun az article

Behnam Zarei müvəqqəti sərbəst buraxılıb

2022-08-15

gun az article

Xiyavda Urmu gölünün quruması ilə bağlı aksiya keçirilib

2022-08-15

gun az article

Sarabda içməli su tapılmır

2022-08-15

gun az article

Təbrizin millət vəkili: "Cəmiyyət parçalanmağa doğru gedir"

2022-08-15

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2022-08-15

gun az article

“Düşünməyə çağırış”: “Güney Azərbaycanda təbiətə zərər vuran sənaye”-VİDEO

2022-08-15

gun az article

“Azadlıq səsi”ndə müzakirə: “İranın Azərbaycana qarşı terror təhdidi”-VİDEO

2022-08-15

gun az article

Mədəni fəal Əkbər Nəiminin işinə yenidən baxılacaq

2022-08-15

gun az article

Qərbi Azərbaycanda silah-sursat aşkarlanıb

2022-08-14

gun az article

Savalan dağında kürdlərlə türklər arasında qarşıdurma olub-VİDEO

2022-08-14

gun az article

İranın təhlükəsizlik məmurları azərbaycanlı bəhai ailənin evinə basqın edib

2022-08-14

gun az article

Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb

2022-08-14

gun az article

Xudafərində su çatışmazlığı və infrastruktur problemləri həll olunmur

2022-08-13

gun az article

Zəncanda “Dənizsiz Şəhər” türk poeziya toplusu işıq üzü görüb

2022-08-13