SON XƏBƏRLƏR

İRAN "ŞAHDƏNİZ"dən QAZ ALMAQ İSTƏYİR.Tehran Xəzərə platforma da buraxacaq

2021.10.20, 07:36
İRAN "ŞAHDƏNİZ"dən QAZ ALMAQ İSTƏYİR.Tehran Xəzərə platforma da buraxacaq

Gunaz.tv
İRAN "ŞAHDƏNİZ"dən QAZ ALMAQ İSTƏYİR Tehran Xəzərə platforma da buraxacaq S.SOLTAN İslam Respublikası uzun illərdir dənizdə neft hasilatını artırmaq niyyətindədir. Hələ bir müddət öncə uyğun qurumlar körfəzdə "qara qızıl" hasilatının azlığına görə çeşidli səviyyədə tənqid edilmişdilər. Buna görə də Tehran Xəzərdən də neft əldə etmək istəyindən əl çəkmir. Ötən gün İranın "Xəzər" neft şirkətinin direktoru Danə İRİB agentliyinə müsahibəsində deyib ki, ölkənin neft naziri Qulamhüseyn Nouzari Mazandaran əyalətinin Nik rayonuna gəlib. O burada "İran-Əlborz" platformasında gedən işlərlə, texniki problemlərlə maraqlanıb. "Şimal buruğu" şirkətinin ofisində keçirilən müşavirədə "Xəzər", "Sadra" və "Şimal buruğu" şirkətləri rəhbərlərinin neft məhsulları terminalının tikintisi ilə bağlı hesabatları dinlənilib. Bundan başqa toplantıda adıçəkilən platformaya dair vəziyyət, eləcə də ölkənin şimalında neft sənayesinin mövcud durumu müzakirə olunub. Nazirin sözlərinə görə, İranın bu hissəsində neft sənayesinin inkişafı ölkənin iqtisadiyyatına müsbət təsir göstərə bilər. Nazir qeyd edib ki, "İran-Əlborz" buruğunun istismara verilməsi ümummilli vəzifədir. Danənin fikrincə, İslam Respublikası Xəzərdə praktik fəaliyyət göstərərək texniki işləri görməklə yanaşı, sənaye, siyasi və iqtisadi gücünü də artırır. Direktor deyib ki, bu platformada işlərin 98 faizi yerinə yetirilib. Bu il yayın sonunda buruğun dənizə buraxılacağı planlaşdırılıb. Xatırladaq ki, bir neçə ay öncə nazir bildirmişdi ki, Xəzərdə, İrana aid olan ərazidə kəşfiyyat-buruq işlərinə başlayacaq. Bununla da İslam Respublikası bölgədə karbohidrogen ehtiyatını müyyənləşdirmək istəyir. İranın İSNA agentliyinin "Xəzərin hüquqi statusu ilə bağlı məsələ öz həllini tapmadan buruq işlərini necə gerçəkləşdirmək mümkündür" sualına cavabında nazir deyib ki, kəşfiyyat işləri tərəflər arasında qarşılıqlı razılaşmaya uyğun olaraq aparılır. "Xəzərdə geoloji-kəşfiyyat işlərinə başlamaq üçün biz xarici şirkətlərlə danışıqların başa çatmasını gözləməyəcəyik. Biz bu istiqamətdə işlərlə yanaşı, məsələn, Braziliyanın "Petrobras" şirkəti ilə danışıqları davam etdiririk" deyən Q.Nouzarinin sözlərinə görə, bir sıra sahələr üzrə İran müstəqil şəkildə fəaliyyət göstərir, imkanlarını gerçəkləşdirir, o cümlədən geoloji-kəşfiyyat işlərinin keçirilməsində və Xəzərdə buruğa başlamaqla bunu bir daha nümayiş etdirir. İranın neft-qaz sənayesi üzrə mütəxəssisi Mənsur Müəzzəmi "Mouc" agentliyinə müsahibəsində bildirib ki, "İran-Əlborz" platformasının istismara verilməsi İslam Respublikasının Xəzərdə praktik fəaliyyətində irəliləyiş sayılmalıdır. Xatırladaq ki, Tehran hakimiyyəti 2013-cü ildən sonra Azərbaycanın "Şahdəniz" qaz yatağından ikinci mərhələdə "mavi yanacaq" almaq niyyətindədir. Hazırda İran ölkəmizdən sutkada bir milyon kubmetr təbii qaz alır. Bu ölkənin neft nazirinin müavini Hüseyn Şirazi deyib ki, İslam Respublikası sutkada 500 mln. kubmetr qaz hasil edir. "Şahdəniz" yatağındakı ikinci fazada il ərzində hasilat 30 mlrd. kubmetrə çatacaq. Ötən il isə 3,16 milyard kubmetr qaz hasil olunub. Bu yataqda 4 quyu mövcuddur. Hasilat payı şirkətlər üzrə belə bölünüb: bp - 25,5 faiz, "Statoyl"- 25,5 faiz, ARDNŞ - 10 faiz, "LUKoyl" - 10 faiz, "NİKoyl" - 10 faiz, "Total" - 10 faiz, "TPAO" - 9 faiz. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar