SON XƏBƏRLƏR

İran səfiri Rusiya XİN-ə çağırıldı

2021.10.20, 07:36
İran səfiri Rusiya XİN-ə çağırıldı

Gunaz.tv

GünAz TV: İran səfiri Mehdi Sənai Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Facebook səhifəsində məlumat verib.


Onun sözlərinə görə, bu, rusiyalı jurnalist Yuliya Yuzikin Tehranda saxlanılması ilə əlaqədardır.


"Elə indicə agentliklərə məlumat verdim ki, Rusiya vətəndaşı Yuliya Yuzikin Tehranda saxlanılması ilə əlaqədar İran səfiri hadisənin başvermə səbəblərini operativ şəkildə aydınlaşdırmaq və rusiyalı qadının hüquqlarını təmin etmək məqsədilə Xarici İşlər Nazirliyinə çağırılıb", - M.Zaxarov yazıb.


Qeyd edək ki, rusiyalı jurnalist Yuliya Yuzik dünən Tehranda saxlanılıb. Həmkarlarının yaydığı məlumata görə, onu İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edirlər. Bu isə azı 10 il həbs deməkdir.

 

Mənbə: Virtual.org

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar