GünAz TV: İran Teleradio Şirkəti növbəti dəfə türk dilini təhqir edən serial yayıb.
3-cü telekanalın yaydığı serialda xələc türkləri haqqında “Eşşəyin dilini xələc bilir, Sənin dilini mən bilirəm” dialoqu keçib.
Təhqiramiz ifadə dekabrın 24-də “İmarətin xanımı” serialının 22-ci bölümündə dilə gətirilib.
Serial sözdə Qacar dövrünün ictimai-siyasi vəziyyətini təsvir edir.
İran televiziyasının yol verdiyi təhqirə qarşı sosial şəbəkələrdə etirazlar başlayıb. Xələc türkləri Təfrəşin millət vəkilinin parlamentdə bu məsələyə etiraz etməsini istəyir.
Xələclər Ərak şəhərinin şimal-şərq məntəqəsində əsasən Təfrəş, Aştiyan və Fərahan şəhərlərində yaşayırlar.
Xələc türkcəsi ilə Azərbaycan türkcəsinin oxşarlığı çoxdur. Bu ləhcədə qədim “Göy türk” türkcəsindən çoxlu sözlər var.
https://www.youtube.com/watch?time_continue=13&v=V3V-qU31JlM
N.S