SON XƏBƏRLƏR

İran Türkiyə ilə Ermənistanı "barışdırmaq istəyir"

2021.10.20, 07:36
İran Türkiyə ilə Ermənistanı "barışdırmaq istəyir"

Gunaz.tv
İran Türkiyə ilə Ermənistanı "barışdırmaq istəyir" tehran1.jpg İranın xarici işlər naziri Manuçöhr Müttəki Türkiyə-Ermənistan münasibətlərində nəzərə çarpan müsbət irəliləyişləri alqışlayır. Bu barədə Müttəki Ermənistanın xarici iqşlər naziri Edvard Nalbəndyanla telefon söhbətində bildirib. İranın "İRNA" agentliyinin yaydığı xəbərə görə, Müttəki ölkəsinin Ermənistanla Türkiyənin münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarı olduğunu vurğulayıb və bəyan edib ki, Tehran İrəvanla Ankaranı "barışdırmaq üçün əlindən gələni etməyə hazırdır". Xatırladaq ki, Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyəli həmkarı Abdulla Gülü İrəvanda keçiriləcək futbol maçtını izələməyə dəvət etdikdən sonra, Ankara ilə İrəvan arasında müsnasibətlərin yaxşılaşdırılmasıyla bağlı çeşidli bəyanatlar verilir. Azər Ötən həftə Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistan diplomatlarıyla müxtəlif təmasların olduğunu bəyan etmişdi. "Türkish Daily News" qəzetinin yazdığına görə, son üç ay ərzində Türkiyə və Ermənistan diplomatları iki mərhələdə danışıqlar aparıblar. Birinci görüş bu ilin may ayında keçirilib və birinci görüşdə Türkiyədən olan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ərtoğrul Apakan rəhbərlik edib. İyulun 9-da keçirilən danışıqlar isə Türkiyənin Azərbaycandakı sabiq səfiri Əhməd Ünal Çeviközün başçılıq etdiyi diplomat qurupu ilə aparılıb. Qeyd edək ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılığa doğru inkişafı ilə bağlı məlumatlar erməni mediası tərəfindən xüsusi şövqlə yayımlanır və işğalçı ölkə mediasının əsas mövzusunu təşkil edir. Təbii ki, məqsəd ilk növbədə Azərbaycanı qıcıqlandırmaqdan ibarətdir. Ancaq bu da ermənilərin yeganə istəyi deyil, çünki onların bu addımlarını stimullaşdıran digər amillər də var. Heç şübhəsiz ki, Türkiyə və Ermənistan rəsmilərinin açıqlamları bir neçə istiqamətə ünvanlanmış ismarıc xarakteri daşıyır. Ermənilərin niyyətləri aydındır, bəs Türkiyənin? Ankara kimə mesaj verir? Avropa Birliyinə, ABŞ-a... Bəlkə bütün bu "diplomatik ismarıclaşma"nın əsas informasiya hədəfi Azərbaycandır? Hər halda yaxın vaxtlarda bu sualları cavablandırmaq mümkün olacaq. Yəni, seçkilərdən sonra... Ermənistan isə öz növbəsində İranın "barış" missiyasını özünəməxsus şəkildə, yəni ermənisayağı "mükafatlandırıb". Ermənistan prezidenti Serj Sərkisyan dünən keçirdiyi mətbuat konfransında bəyan edib ki, rəsmi İrəvan İran ətrafında vəziyyətin kəskinləşməsində maraqlı deyil: "İran bizim üçün çox vacib tərəfdaşqdır. Həm də təkcə geosiyasi mənada yox... Bu ölkədə böyük erməni diasporu yaşayır. Bizim ümumi tariximiz var və minillərdir ki, çiyin-çiyinə yaşayırıq". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar