SON XƏBƏRLƏR

İran Üzgüçülük Federasiyasının rəyasət heyətinin üzvü koronavirusdan ölüb

2021.10.20, 07:36
İran Üzgüçülük Federasiyasının rəyasət heyətinin üzvü koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İran Üzgüçülük Federasiyasının rəyasət heyətinin üzvü Cavad Kərimi koronavirusdan ölüb.

 

Yayılan məlumatlara əsasən, bir neçə gün əvvəl virusa yoluxan və Tehran xəstəxanalarından birində müalicə alan Cavad Kərimi martın 4-də həyatını itirib.

 

İran Üzgüçülük Federasiyasının rəisi Möhsün Rizvani fevralın 5-də bəyanat yayaraq, Cavad Kriminin virusdan öldüyünü təsdiq edib.

 

O, yaydığı bəyanatda Cavad Kəriminin konkret nə vaxt virusa yoluxduğunu açıqlamayıb.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi martın 4-ə qədər ölkədə koronavirusdan ölənlərin 92 nəfərə çatdığını, yoluxanların sayının isə 2 min 922-ə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

 

 Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar