SON XƏBƏRLƏR

İran və İsrail.Həsən AĞACAN

2021.10.20, 07:36
İran və İsrail.Həsən AĞACAN

Gunaz.tv
İran və İsrail İsrail hərbi-hava qüvvələrinin 100-dən artıq "F-16" və "F-15" qırıcı-bombardmançı təyyarələri Aralıq dənizinin şərqində manevrlər keçiriblər. Ekspertlər bunu İsrailin İrana hərbi-hava zərbələri endirməyə hazırlaşması kimi dəyərləndirirlər. İsrailin baş nazirindən tutmuş, Aşkelon və ya Natanyadakı xırda qəzetin köşə yazarınadək çox adam İranın potensial təhlükə olduğunu, nüvə silahı əldə etməyə çalışdığını söyləyirlər. İsrail siyasətçiləri, media və hərbçilərinin yekdil fikrinə görə, İranın indiki hakimiyyət dairələri çox aqressiv siyasət yürüdür, bölgədə real təhlükə mənbəyi olaraq qalır və Yaxın Şərqdə destablizasiya üçün əlindən gələni edir. İran prezidenti Mahmud Əhmədinecatın İsrail barədə dediklərini və Tehrandakı reжim mənsublarının "İsraili dənizə tökmək" tipli çıxışlarını da nəzərə alsaq, israilliləri anlamaq olar. Fəqət, hər şey göründüyü kimi deyil və bu, Yaxın Şərq deyilən coğrafiyanın səciyyəvi xüsusiyyətlərindən biridir. Rəsmi Təl-Əviv və onu, yəni bölgədəki əsas strateжi, siyasi, mənəvi və hərbi müttəfiqi dəstəkləyən ABŞ İranın regiondakı təsir və manevr imkanlarını minimuma endirmək, Tehranın "İslam İnqilabı" ideologiyasının ixracını zəiflətmək və İranın diriжorluğu ilə strateжi koalisiyanın yaranmasına yol verməmək üçün iranlıların sıx təmasda olduqları dövlətləri onlara qarşı çıxmağa sövq etməyə çalışırlar. Hələlik bütün diqqət, təsir və təzyiqlər Suriyaya yönəlib. Livanda baş nazir Rafiq Həririyə qarşı müəmmalı sui-qəsddən sonra bu teraktda suçlandırılan Dəməşq ABŞ və Fransanın olduqca sərt təzyiqlərindəni sonra qonşu ölkədəki qoşunlarını çıxarmış, Livan siyasətinə və həyatına təsir rıçaqlarını dalbadal itirməyə başlamışdı. Livanda Qərbin birbaşa nəzarəti və dəstəyi ilə güclənən anti-Suriya və anti-İran düşərgəsinin bəyanatları da Dəməşqə qarşı yönəlmişdi. Belə şəraitdə Qərb Suriyadan İranla sıx əlaqələri və hərbi ittifaqı dayandırmağı, Fələstinlə Livandakı HƏMAS və "Hizbullah" təşkilatlarını dəstəkləməməyi tələb etdi. Və kobud səhvə yol verdi. Yaxın Şərqin kontrol altında tutulmasına çalışan Birləşmiş Ştatlarla onun Avropa Birliyindəki müttəfiqləri Çin və Rusiyanın hadisələrə təsir imkanlarını gerçək miqyasda qiymətləndirməyə çalışsalar da, bunu bacarmadılar. Üstəlik Dəməşq qarşısındakı tələblərdə "ərəb küçəsi"ni özlərinə qarşı qoydular. Səbəb isə yetərincə sadədir. Əvvəla, Yaxın Şərq indi yeni transformasiya dönəmindədir. Burada HƏMAS və "Hizbullah" kimi hərəkatlar bəzi dövlətlərdən belə artıq hərbi, iqtisadi və siyasi çəki əldə ediblər. Bəhs olunanlara "Hizbullah"ı terrorçu təşkilat sayan ABŞ-ın, bu təşkilat Livan hökumətində təmsil olunandan sonra "Sidr ölkəsi"ndə xaosa son qoymaq üçün Beyrutdakı iqtidarı tanımaq məcburiyyətində qalması dəlalət edir. İstənilən ərəb ölkəsi üçün Fələstin problematikası xarici siyasətdə ön orientir, daxili siyasətdə isə kütlələr arasında dəstək və populyarlıq üçün alət olduğundan regionda İsrail istisna olmaq şərtilə heç bir dövlət "Hizbullah" və ya Fələstindəki HƏMAS-la Livandakı "Hizbullah"ı terrorçu təşkilat kimi tanımayıb, tanımır və tanımaq niyyətində də deyil. Qərbə, xüsusilə də ABŞ-a qarşı düşərgə quraraq sərt antipatik siyasət yeridən İran da regional supergücə dönməyə başladığından ərəblər Tehranla münasibətləri birmənalı şəkildə gərginləşdirməkdən çəkinirlər: əks halda hakim reжimlər bəlli qüvvələr tərəfindən antiamerikanizm ideyalarının məqsədli şəkildə yayıldığı kütlələr arasında ümumiyyətlə, gözdən düşə bilərlər. ABŞ-ıni regiondakı sürəkli və nisbətən etibarlı müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Küveyt, Birləşmiş Ərəb Əmirliklərindəki hakim reжimlər isə bütün ritorikası və davranışlarına rəğmən, geniş xalq kütlələri tərəfindən dəstəklənmir: səbəb onların İran, HƏMAS və "Hizbullah"la bağlı tutduqları mövqedir. Sadəcə, bir fakt: "Hizbullah" Livanda İsraillə savaşdığı əsnada Səudiyyə Ərəbistanında bu hərəkatın lideri şeyx Həsən Nəsrullahın 1 milyon posteri cəmi bir günə yayılmışdı. Milyonlarla ərəb üçün "Hizbullah" hərəkatı "sionist İsrailə qarşı mübarizə aparıb ona son Livan savaşı"nda qalib gələn "qəhrəman" təşkilat, İsrail-ərəb müharibələri tarixində ilk dəfə yəhudiləri böyük itkilər verməyə vadar edən qüvvədir. İranı isə Mərakeşdən tutmuş, Yəmənədək ərəblər "ABŞ imperiyasına qarşı sinə gərən" ölkə sayırlar. Söhbət geniş yayılmış bu təsəvvürlərin yanlışlığından getmir: məsələ İran-İsrail münasibətlərində, daha doğrusu münasibətsizlik ilə qarşıdurmada ərəblərin və deməli, Yaxın Şərqin bütünlüklə İranın tərəfində olmasıdır. Hakim reжimlər hesabdan deyil: onlar iqtidarlarını qorumaq üçün öz hesablarını aparırlar. İsrailin İranı vurması ilə bağlı təxminlərə gəldikdə isə, İraqın işğalından sonra Yaxın Şərq ikinci müharibəyə və ya İran problematikasına sadəcə, dözüm gətirməyə bilər. Bunu isə hesabdan heç cür silmək olmaz. Həsən AĞACAN [email protected]/* */ www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar