SON XƏBƏRLƏR

İranda 25 nəfər valyuta fırıldaqçılığı ittihamı ilə həbs edilib

2021.10.20, 07:36
İranda 25 nəfər valyuta fırıldaqçılığı ittihamı ilə həbs edilib

Gunaz.tv

GünAz TV: ETTELAT bu gün (7 yanvar-red.) məlumat yayaraq, İranda valyuta fırıldaqçılığı ilə məşğul olan 12 nəfərdən ibarət mütəşəkkil dəstəni saxladığını bildirib.

 

Məlumatda saxlanılanların qeyri-qanuni valyuta əməliyyatları həyata keçirmək, qeyri qanuni mülkiyyət və mənfəət əldə etmək, vergidən yayınmaq, çirkli pulların yuyulması və digər bu kimi iqtisadi cinayətlərdə ittiham edilərək, məhkəmə orqanlarına təhvil verildiyi deyilir. ETTELAT-ın bəyanatına əsasən, qruplaşmanın başçısı hava limanında ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb. 2014-cü ildən fəaliyyət göstərən “mütəşəkkil dəstə”nin valyuta bazarında olan dövriyyəsinin həcminin 450 milyon dollar olduğu qeyd edilir.

 

ETTELAT həmçinin Güney Azərbaycanda da 13 nəfəri eyni ittihamlarla həbs etdiyini bildirib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu şəxslər “saxta pasportlarla ölkəni tərk etmək istəyən zaman saxlanılıblar”.

 

Qeyd edək ki, beynəlxalq ictimaiyyət dəfələrlə İran rəsmilərinin əksəriyyətinin korrupsiya, maliyyə fırıldaqçılığı, çirkli pulların yuyulması və bu kimi digər iqtisadi cinayətkarlıqlarla məşğul olduğunu bildirsə də, rejim ictimai fikir formalaşdırmaq üçün bəzən dövlətə yaxın müxtəlif şəbəkələri həbs etməklə, diqqəti öz üzərindən yayındırmağa çalışır. Ölkədə korrupsiya həddi o səviyyədədir ki, hətta 2018-ci ilin noyabr ayında Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də İranda məmurların böyük pul yuma əməliyyatları həyata keçirdiyini bildirmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar