SON XƏBƏRLƏR

İranda 7 müəllim 41 il həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
İranda 7 müəllim 41 il həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: İran məhkəməsi Şimali Xorasan əyalətindən olan 7 müəllimə qarşı ümumilikdə 41 il həbs cəzası çıxarıb.

 

Bu barədə məlumat yayan İran Müəllimlərinin Həmkarlar İttifaqının Telegram kanalı həmin təhsil işçilərinin 2018-ci ilin oktyabr-noyabr ayları zamanı müəllimlərin keçirdikləri etiraz aksiyaları zamanı saxlandıqlarını bildirib.

 

İran məhkəməsinin qərarına əsasən, müəllimlər- Məhəmmədrza Ramazanzadə 15 il həbs, 74 şallaq zərbəsi, 3 milyon tümən cərimə və siyasi partiyalarda üzvlükdən məhrumluq, Hüseyn Ramazanpur 8 il həbs, 2 dəfə 74 şallaq zərbəsi, siyasi partiyalarda üzvlükdən məhrumluq və Həmidrza Rəcayi 4 il həbs və siyasi partiyalarda üzvlükdən məhrumluq cəzalarına məhkum ediliblər.

 

Eləcə də, Əli Forutən, Mustafa Robati, Səid Həqpərəst və Həsən Cövhəri hər biri 44 ay azadlıqdan məhrum ediliblər.

 

Müəllimlərin hökmlərdən verdikləri Apellyasiya şikayəti isə təmin edilməyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar