SON XƏBƏRLƏR

İranda 8 ətraf mühit fəalına qarşı 58 il həbs cəzası çıxarılıb

2021.10.20, 07:36
İranda 8 ətraf mühit fəalına qarşı 58 il həbs cəzası çıxarılıb

Gunaz.tv

GünAz TV: İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayıli 8 ekoloji fəala qarşı ümumilikdə 58 il həbs cəzasını çıxarıldığını deyib.

 

O, həmin aktivistlərin “milli təhlükəsizlik əleyhinə çalışma”da ittiham olunduqlarını bildirib.

 

Beləliklə, məhkəmənin hökmünə əsasən, Murad Tahbaz “Amerikaya casusluq” ittihamı ilə 10 il həbs və “bu əməkdaşlıq nəticəsində əldə etdiyi maddi vəsaitlərin müsadirəsi” cəzalarına məhkum edilib. İddia edilən həmin pul vəsaitinin məbləği hələ ki, elan edilməyib.

 

Digər aktivist Nilufər Bəyani də 10 il həbs cəzası alıb. Humən Cukar və Tahir Qədiriyan isə hər biri 8 il həbsə məhkum edilib. Digər ekoloji fəallar Sepidə Kaşani, Əmirhüseyn Xaliqi və Sam Rəcəbi hər biri 6 il, eləcə də Əbdülrza Kuhpayəzadə 4 il azadlıqdan məhrum ediliblər.

 

Qulamhüseyn İsmayıli bildirib ki, bu hökmlər 2019-cu ilin noyabr ayının 20-də İnqilab Məhkəməsinin 5-ci şöbəsi tərəfindən çıxarılmışdı. Ötən günlərdə keçirilmiş apellyasiya məhkəməsi də hökmləri dəyişmədən qüvvədə saxlayıb.

 

Xatırladaq ki, sözügedən 8 nəfər 2018-ci ilin fevral ayında “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən həbs edilib. Onlarla birgə saxlanılan universitet dosenti və digər ekoloji aktivist Kavus Seyyidimami isə “Sepah”ın təcridxanasına şübhəli şəkildə ölmüşdü. Həmin ilin fevral ayının 10-da “Sepah” Kavus Seyyidimaminin ailəsinə onun təcridxanada “intihar” etdiyi barədə məlumat vermişdi. Ailəsi isə bunu rədd edir, fəalın “Sepah” əməkdaşları tərəfindən öldürüldüyünü deyir.

 

Digər tərəfdən, Həsən Ruhani hökumətinin bəzi rəsmiləri, eləcə də ETTELAAT Nazirliyi fəallara qarşı “casusluq” kimi çıxarılmış ittihamları əsassız adlandırır və onların günahsız olduğunu bildirirlər.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar