SON XƏBƏRLƏR

İranda ABŞ dollarının məzənnəsi yenidən qalxır

2021.10.20, 07:36
İranda ABŞ dollarının məzənnəsi yenidən qalxır

Gunaz.tv

GünazTV: İranda ABŞ dollarının məzənnəsi yenidən qalxmağa başlayıb. Bu barədə İranın “Donya-ye eqtesad” (İqtisadiyyat Dünyası) qəzeti noyabrın 28-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, ötən həftələrdə hər ABŞ dollarının məzənnəsi 11 min 500 tümənə yaxın  olsa da, noyabrın 27-də İranın azad valyuta bazarında 12 min 246 tümənə, noyabrın 28-də isə 12 min 600 tümənə qədər yüksəlib. Bildirilir ki, həmin müddətdə digər xarici valyutaların məzənnəsi də qalxıb.

 

Hazırda İranın valyuta bazarında təlatüm yaşandığı bildirilir. ABŞ dollarının məzənnəsinin getdikcə artmasının səbəbləri dəqiq açıqlanmasa da, təxmin edilir ki, dolların məzənnəsinin qalxması ölkədə yaşanan ağır iqtisadi böhran, milli valyutanın dəyərinin kəskin aşağı düşməsi, ölkədə baş verən son etirazlar və rejim başçılarının müxtəlif sahələrdə yürütdüyü bir sıra düşünülməmiş və səriştəsiz siyasəti ilə əlaqədardır. 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar