SON XƏBƏRLƏR

İranda benzinin qiyməti üç dəfə artıb. Yanacaq doldurma məntəqələri polis nəzarətinə götürülüb

2021.10.20, 07:36
İranda benzinin qiyməti üç dəfə artıb. Yanacaq doldurma məntəqələri polis nəzarətinə götürülüb

Gunaz.tv

GünazTV: İranda benzinin qiyməti üç dəfə artıb. Bu barədə İran Milli Neft emalı şirkəti bəyanat yayıb.

 

İran Milli Neft emalı şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb. Benzinin qiymətinin kəskin artması ölkə vətəndaşlarını şok vəziyyətə salıb.

 

İran Milli Neft emalı şirkəti bildirib ki, yeni qərara əsasən, bu gündən etibarən benzinə kvota qoyulacaq. Belə ki, kvota qoyulmuş hər litr benzinin qiyməti 1500 tümən, hər litr azad benzinin qiyməti isə 3 min tümən olacaq. Benzinin qiymətinin artmasından əvvəl İranda benzinin hər bir litrin  qiyməti 1000 tümən idi.

 

İran Milli Neft emalı şirkətinin bildirdiyinə görə, benzinə kvota qoyulması (benzinin səhmiyəbəndi olunması) və onun qiymətinin birdən-birə üç dəfə artması İranda qanunvericilik, İcraiyyə və Məhkəmə hakimiyyətləri başçılarının ali koordinasiya şurasının birgə qərarı ilə həyata keçirilib.

 

İranda benzinin qiymətinin artmasının birbaşa digər malların qiymətinə təsir göstərdiyini nəzərə alaraq, eləcə də sürücülərin və digər ölkə vətəndaşlarının yeni qiymət artımına qarşı mümkün kütləvi etirazından ehtiyatlanaraq, yayılan bəzi məlumatlara görə bir neçə şəhələrdə yanacaq doldurma məntəqələri sübh saatlarından polis nəzarətinə götürülüb.

 

Həmçinin benzinin qiymətinin kəskin artmasından sonra bir neçə şəhərdə, o cümlədən də İsfahanda ölkə vətəndaşlarının bəzi yanacaq doldurma məntəqəsinə od vurduğu barədə ziddiyyətli məlumatlar yayılıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar