SON XƏBƏRLƏR

İranda bu həftə edam, həbs, məhkəməyə çağırılma həftəsidir

2021.10.20, 07:36
İranda bu həftə edam, həbs, məhkəməyə çağırılma həftəsidir

Gunaz.tv
İranda bu həftə edam, həbs, məhkəməyə çağırılma həftəsidir DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən bu həftə İranda 11 nəfər edam, 4 nəfərin edamı ali məhkəmə tərəfindən təsdiq edilmişdir. Bununla yanaşı Əli Heydəryan və Fərhad Vəkili edamdan öncə 10 il həbs cəzasına da məhkum ediliblər. Bu arada Fərzad Kəmangərin edam edilməsi ehtimalı Beynəlxalq Əfv Təşkilatı tərəfindən və Kürd Hüquq müdafiəçiləri tərəfindən ciddi etirazlara səbəb olmuş və onun edamının dərhal ləğv olunması tələb olunmuşdur. Hüquq müdafiəçiləri ayrıca komitə yaradaraq İranın yüksək rütbəli məmurları ilə telefon əlaqəsinə girmiş və Fərzad Kəmangərin edamını ləğv etməyi tələb etmişlər. Beynəlxalq Əfv Təşkilatının təzyiqləri nəticəsində Rəcaişəhr həbsxanasının məsulları Fərzad Kəmangərlinin əfv edilmək ərizəsini yazmasını tələb etmiş, lakin Fərzad Kəmangər heç bir günahı olmadığı halda nədən əfv ərizəsi yazacağını bildirmişdir. Bunlarla yanaşı İran adlanan ölkədə Güney Azərbaycanın milli haqlarını müdafiə edən çoxlu sayda tələbə, iki nəfər qadın hüquqlarını müdafiə edən xanım jurnalist və hüquq müdafiəçisi və bir neçə nəfər milli hərəkat fəalı ağır həbs cəzalarına, nəğd pul cərimələrinə, təhdid və təzyiqlərə məruz qalmışdır. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar