SON XƏBƏRLƏR

İranda daha 123 nəfər koronavirusdan ölüb, əlavə 2901 nəfərin də virusa yoluxduğu aşkar edilib (Bu günün statistikası)

2021.10.20, 07:36
İranda daha 123  nəfər koronavirusdan ölüb, əlavə 2901 nəfərin də virusa yoluxduğu aşkar edilib (Bu günün statistikası)

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 29-da jurnalistlərə açıqlamasında ölkədə koronavirusdan ölənlərin və xəstəliyə yoluxanların yeni statistikasını yayıb.

 

Sözçü bildirib ki, ötən 24 saat ərzində İran laboratoriyalarında daha 2901 nəfərin koronavirusa yoluxduğu qeydə alınıb: “Dünən günorta saatlarından indiyə qədər ölkədə daha 123 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə bu günə qədər “Covid-19” virusundan ölənlərin ümumi sayı 2640-a, infeksiyaya yoluxanların ümumi sayı isə 38 min 309 nəfərə yüksəlib.

 

Həmçinin, xoşbəxtlikdən xəstəlikdən sağalıb tibb mərkəzlərindən evə buraxılanların sayı da artaraq, 12391 nəfərə çatıb. Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 3467-sinin durumu ağırdır və həmin xəstələr həkimlərin ciddi nəzarəti altında saxlanılırlar” -deyə, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

 

 

Qeyd etmək lazımdır ki, Kiyanuş Cahanpur ölkədə  bu günə qədər koronavirusa yoluxanların sayının 38309 nəfərə, epidemiyadan ölənlərin sayının isə 2640 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan mənbələr, virusdan ölənlərin və xəstəliyə yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar