SON XƏBƏRLƏR

İranda daha 125 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 4357 nəfərə çatıb” (Yeni statistika)

2021.10.20, 07:36
İranda daha 125 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 4357 nəfərə çatıb” (Yeni statistika)

Gunaz.tv

GünazTV: İranda son bir sutka ərzində daha 125 nəfər koronavirusdan ölüb,1837 yeni koronavirusa yoluxma faktı aşkarlanaraq təsdiq edilib.

 

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün jurnalistlərə açıqlamasında koronavirus qurbanlarının yeni statistikasını yayarkən məlumat yayıb.

 

Cahanpur bildirib ki, son 24 saat ərzində İranda daha 125 nəfərin ölümü ilə, infeksiyadan ölənlərin ümumi sayı 4357 nəfərə yüksəlib: “Koronavirusa yoluxan xəstələrin də sayı artaraq, 70 min 29 nəfərə yüksəlib.

 

 Xoşbəxtlikdən “Covid-19” infeksiyasından sağalıb evə buraxılanların sayı da artaraq, 41 min 947 nəfərə çatıb.

 

 Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 3987 nəfərinin sağlamlıq durumu ağır olaraq qalır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

 

 

 Qeyd edək ki, Kiyanuş Cahanpur indiyə qədər ölkədə koronavirusdan ölənlərin sayının 4357 nəfərə, yoluxanların sayının isə 70 min 29 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, “Covid-19” pandemiyasından ölənlərin və xəstəliyə yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar