SON XƏBƏRLƏR

İranda daha 3 məhbus ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameralara köçürülüb

2021.10.20, 07:36
İranda daha 3 məhbus ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameralara köçürülüb

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər  edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 6 il əvvəl qətl törədən və həmin vaxtdan Zahidan şəhərinin mərkəzi zindanında saxlanılan 26 yaşlı müttəhim İbrahim Cahantiğ və 27 yaşlı müttəhim Əbdülrəşid Səndəkzehi, eləcə də kimliyi bəlli olmayan daha bir məhbus, iyunun 18-də həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb. Hər  üç müttəhimin yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar