SON XƏBƏRLƏR

İranda daha 4 nəfər edam edilib

2021.10.20, 07:36
İranda daha 4 nəfər edam edilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq qisasa məhkum olunmuş daha 4 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, qətldə günahlandırılaraq ölümə məhkum edilmiş 2 müttəhim (Cavad Darabi və Məhəmməd Nurəfkən) iyulun 4-ü sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkilib.

 

Həmçinin eyni ittihamla ölüm cəzası almış 52 yaşlı daha 1 müttəhim (Məhəmməd Ali) iyulun 3-də Təbrizin mərkəzi zindanında, Həsən Gümşadi adlı digər məhbus isə bir həftə əvvəl Kərəcin Rəcayişəhr həbsxanasında dar ağacından asılıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar