SON XƏBƏRLƏR

İranda Dezful və Əndimeşk şəhərlərinin sakinləri arasında baş vermiş qarşudurma zamanı çoxlu sayda yaralanan var- Video

2021.10.20, 07:36
İranda Dezful və Əndimeşk şəhərlərinin sakinləri arasında baş vermiş qarşudurma zamanı çoxlu sayda yaralanan var- Video

Gunaz.tv

GünAz TV: İranın Xuzestan vilayətinin Dezful və Əndimeşk şəhərlərinin əhalisi arasında qarşıdurma yaşanıb.

 

Məlumatlara əsasən, iki şəhərin qarşıdurmasına səbəb Dezful şəhərinə giriş ilə bağlı lövhənin Əndimeşk şəhəri tərəfdən yerləşdirilməsidir.

 

Bundan sonra tərəflər arasında baş vermiş ciddi zorakılıqla müşahidə edilən qarşıdurmalar nəticəsində çoxlu sayda insan yaralanıb və avtomobillərə ciddi ziyan dəyib.

 

Hadisə yerinə İran Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları ezam edilib. Dezful şəhəri sakinlərindən iki nəfərin yaralandığı barədə məlumat verilsə də, qarşı tərəfdən xəsarət alanların sayının çox olduğu və dəqiq rəqəmlə bağlı məlumatın olmadığı bildirilir.

 

Qarşıdurmalar zamanı polis maşınlarının da yandırıldığı qeyd edilir.

 

İran media orqanlarının məlumatlarına görə, iki şəhərin sakinləri arasında qeyd edilən məsələ ilə bağlı ziddiyyət son bir neçə ay ərzində meydana gəlib və bundan öncə bir dəfə də tərəflər arasında qarşıdurma yaşanıb.



Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar