SON XƏBƏRLƏR

İranda edam həftəsi

2021.10.20, 07:36
İranda edam həftəsi

Gunaz.tv
İranda edam həftəsi 11 nəfər edam edilib, 4 nəfərin isə hökmü təsdiqlənib Bir həftədə İranda 11 nəfər edam edilib, 4 nəfər barəsində edam hökmü təsdiqlənib. Buna görə də bu həftə İranda "edam həftəsi" adlandırılıb. Əli Heydəri və Fərhad Vəkili adlı iki məhbus isə edam cəzası ilə yanaşı 10 il həbsə məhkum edilib. Hüquq müdafiəçiləri və Beynəlxalq Əfv Təşkilatı edam cəzasına məhkum edilən Fərzad Kəməngər barəsində çıxarılan hökmün ləğvini tələb edib. ("OLAYLAR"İA) Güneyli hərəkatçı azadlığa çıxıb Güneyli hərəkatçı Vəhid Bahaduri 4 aylıq həbsini başa vuraraq azadlığa buraxılıb. 23 yaşlı milli fəal ötən il Urmiyədə həbs edilərək İranın ərazi bütövlüyünü parçalamaq, hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamı ilə mühakimə olunub. İnqilab məhkəməsinin qərarı ilə həbs edilən hərəkatçı həbs müddətini Urmiyə həbsxanasının 13-cü koloniyasında çəkib. ("OLAYLAR"İA) Əhmədinejat erməniləri təbrik edib Qarakilsənin UNESCO-da qeydiyyata alınması ilə bağlı İran prezidenti Mahmud Əhmədinejad Qarakilsənin UNESCO-nun irs siyahısına salınması münasibətilə ermənilərə təbrik göndərib. Prezident bildirib ki, ermənilər həmişə olduğu kimi yenə də İran üçün önəmli və əvəzedilməz strateji əməkdaşdır. Erməni abidələrinin UNESCO-da qeydə alınmasını İran üçün "fəxredici məqam" adlandıran prezident ölkədə din azadlığının olduğunu vurğulayıb ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar