SON XƏBƏRLƏR

İranda etirazçı müəllim 6 ay müddətinə öz işindən uzaqlaşdırılıb

2021.10.20, 07:36
İranda etirazçı müəllim 6 ay müddətinə öz işindən uzaqlaşdırılıb

Gunaz.tv

GünAz TV: İranda oktyabr ayı ərzində müəllimlərin oturaq aksiyasında iştirak etmiş Məşhəd şəhərində olan müəllim Məhəmmədhüseyn Sepehri 6 ay müddətində öz işindən kənarlaşdırılıb.

 

Məhəmmədhüseyn Sepehri öz şəxsi “Twitter” səhifəsində Rəzəvi Xorasan vilayətinin müəllimlərinin inzibati xətaları üzrə keçirilmiş ilkin məhkəmə iclasında özünün “icazəsiz etiraz aksiyasında iştirak etmək”, “iş saatı ərzində iş yerini tərk etmək” və “İran İslam Respublikasının rəhbərini təhqir etmək”də ittiham edildiyini bildirib. Bu ittihamların əsasında ilkin məhkəmə prosesində sözügedən müəllimin 6 ay müddətində öz işindən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib.

 

Xatırladaq ki, 2018-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində İranın müxtəlif şəhərlərində müəllimlər oturaq etiraz aksiyaları keçirmişdilər. Onlar ağır ailə- məişət problemlərinə, əmək haqlarının ödənilməsində yol verilən ayrı-seçkiliyə, bütün vətəndaşlar üçün pulsuz təhsil imkanlarının mövcud olmaması və sığorta problemlərinə görə bu etiraz aksiyasını təşkil etmişdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar