SON XƏBƏRLƏR

İranda insan haqlarının müdafiəsi sahəsində vəziyyət daha da pisləşib. Ermənilərdən başqa dini azlıqlar təhlükəsizlik qüvvələrinin hədəfindədir

2021.10.20, 07:36
İranda insan haqlarının müdafiəsi sahəsində vəziyyət daha da pisləşib. Ermənilərdən başqa dini azlıqlar təhlükəsizlik qüvvələrinin hədəfindədir

Gunaz.tv
İranda insan haqlarının müdafiəsi sahəsində vəziyyət daha da pisləşib Ermənilərdən başqa dini azlıqlar təhlükəsizlik qüvvələrinin hədəfindədir Son 1 ildə İranda insan haqları sahəsində vəziyyət daha da pisləşib. Belə bir bəyanatla insan haqlarını müdafiə təşkilatları çıxış edib. Məlumata görə, artan beynəlxalq təzyiqlər qarşısında İran hakimiyyəti xalqa təzyiqləri daha da artırır. Bu müddətdə qadınlara qarşı ayrı-seçkiliyin artması, milli haqları uğrunda mübarizə aparanların həbsi, hüquq müdafiəçilərinə qarşı təzyiqlər çoxalıb. Çox sayda siyasi fəala şallaq vurulub, internet klubları, tələbə dərgiləri bağlanıb, erməniləri çıxmaq şərti ilə dini azlıqlar təhdidlərə məruz qalaraq təhlükəsizlik qüvvələrinin hədəfindədir. Hüquq müdafiəçisi Şirin İbadi isə Beynəlxalq İnsan Haqları Şurasını fəaliyyətsizlikdə gunahlandıraraq İranda gündən-günə artan insan haqları pozuntularının qarşısını almaq üçün yeni metod axtarmağa çağırıb. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar