SON XƏBƏRLƏR

İranda jurnalist edam olunub

2021.10.20, 07:36
İranda jurnalist edam olunub

Gunaz.tv
İranda jurnalist edam olunub Bazar ertəsi İranın Zahidan şəhərində mədəniyyət işçisi və jurnalist Yəqub Mehrnəhad və daha bir nəfər edam olunub. Bu barədə İranın «İSNA» agentliyi məlumat yayıb. İranın İnqilab Məhkəməsi tərəfindən verilmiş hökmə əsasən, Yəqub Mehrnəhad və Əbdülnasir Tahiri «Condullah» terrorçu qruplaşması ilə əməkdaşlıqda ittiham olunaraq, edama məhkum olunublar. Edam hökmünün icrası Zahidan şəhərinin mərkəzi həbsxanasında həyata keçirilib. Jurnalist ötən ilin aprel ayında İran polisi tərəfindən Əbdülmalik Riginin rəhbərliyi altında «Condullah» qrupu ilə silahlı qarşıduramada iştirak etdiyinə görə bir neçə hüquq müdafiəçisi ilə bərabər həbs edilmiş və həmin ilin dekabrında da məhkəmə tərəfindən edam hökmünə məhkum olunmuşdu. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar