SON XƏBƏRLƏR

İranda Kazerun imam cüməsini qətlə yetirən şəxs ictimaiyyət qarşısında dara çəkilib - FOTOLAR

2021.10.20, 07:36
İranda Kazerun imam cüməsini qətlə yetirən şəxs ictimaiyyət qarşısında dara çəkilib - FOTOLAR

Gunaz.tv

GünazTV: İranda üç ay əvvəl Kazerun şəhərinin imam cüməsi və dini lider Əli Xamneyinin bu şəhərdəki nümayəndəsi axund Məhəmməd Xorsəndi bıçaqlayaraq qətlə yetirən məhkum Həmidrza Derəxşəndə edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, törətdiyi qətlə görə barəsində ölüm hökmü çıxarılmış məhkum avqustun 28-i sübh saatlarında Kazerun şəhərində ictimaiyyət qarşısında dar ağacından asılıb.

 

Xatırladaq ki, Həmidrza Derəxşəndə mayın 29-u, saat 03:30 radələrində Ramazan ayının Qədir gecəsinin ehya mərasimindən qayıdan axund Məhəmməd Xorsəndə mənzili qabağında hücum edərək ona qarın nahiyəsindən bıçaq zərbələri endirdikdən sonra hadisə yerindən qaçmışdı. Axund xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmamışdı.

 

Hadisədən az sonra sosial şəbəkələrdə paylaşdığı statuslarda qətli boynuna alan məhkum,  axund Məhəmməd Xorsəndi, molla rejiminin millətə qarşı zülmünə, insanları yoxsulluğa və fəlakətə sürükləməsinə, cəmiyyətə hakim etdiyi sosial və iqtisadi ədalətsizliyə və rejimlə əməkdaşlıq edən axundların qudurqanlığına etiraz əlaməti olaraq qətlə yetirdiyini bildirmişdi.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar