SON XƏBƏRLƏR

İranda Konstitusiyaya Nəzarət Şurası ölkənin FATF-ə qoşulması ilə bağlı parlamentin qəbul etdiyi layihəni rədd edib

2021.10.20, 07:36
İranda Konstitusiyaya Nəzarət Şurası ölkənin FATF-ə qoşulması ilə bağlı parlamentin qəbul etdiyi layihəni rədd edib

Gunaz.tv

 GünAzTV: İranda Konstitusiyaya Nəzarət Şurası ölkənin “FATF”ə qoşulması ilə bağlı parlamentin bir ay əvvəl qəbul etdiyi layihəni rədd edib.

 

Bu barədə, Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudai noyabrın 4-də “Twitter” səhifəsində paylaşdığı bir postda xəbər verib.

 

O bildirib ki, Konstitusiyaya Nəzarət Şurası parlamentin qəbul etdiyi bu layihəni araşdırdıqdan sonra ona 20 irad tutub: “Şura hesab edir ki, bu layihə şəriətə, ölkə konstitusiyasına, eləcə də ölkəyə hakim sistemin ümumi siyasətlərinə qarşı zidd bir layihədir. Şura məhz bunları nəzərə alaraq, islam respublikasının “Terrorizmin Maliyyə Baxımdan Təmin Edilməsinə Qarşı Mübarizə Konvensiyası”na (CFT) qoşulmasına qarşı çıxıb”.

 

Xatırladaq ki, oktyabrın 7-də İran parlamenti bir neçə aylıq mübahisələrdən sonra ölkənin “Terrorizmin Maliyyə Baxımdan Təmin Edilməsinə Qarşı Mübarizə Konvensiyası”na (CFT) qoşulmasına razılıq vermişdi. Parlamentdə 270 deputatın qatıldığı səsvermədə, 143 nəfər layihənin lehinə, 120 nəfər  əleyhinə səs verib, 5 nəfər bitərəf qalıb. Bununla da layihə səs çoxluğu ilə qəbul edilmişdi.

 

İranın dini lideri Əli Xamneyi bir neçə ay əvvəl öz çıxışlarhının birində İranın bu konvensiyaya qoşulmasına qarşı çıxsa da, sonradan xarici təzyiqlərin artmasının ardınca əvvəlki mövqeyini dəyişmək məcburiyyətində qalmışdı.

 

 

Xatırladaq ki, dünyada qanunsuz yollarla əldə edilmiş çirkli pulların yuyulmasına, maliyyə fırıldaqçılığına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), iyunun 29-da bəyanat yayaraq, İrana maliyyə qanunlarında islahatlar aparması və “CFT”-yə qoşulması üçün oktyabrın ortalarına qədər vaxt vermişdi.  

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar