SON XƏBƏRLƏR

İranda koronavirusun yayıldığı bölgələrin maşınlarının Ənzəliyə daxil olması qadağan edilib

2021.10.20, 07:36
İranda koronavirusun yayıldığı bölgələrin maşınlarının Ənzəliyə daxil olması qadağan edilib

Gunaz.tv

GünAz TV: Ənzəli şəhərinin İcra Hakimiyyəti koronavirusun yayıldığı bölgələrin dövlət qeydiyyat nişanı ilə olan maşınların şəhərə buraxılmaması barədə qərar qəbul edib.

 

Ənzəli şəhərinin özünün yerləşdiyi Gilan əyaləti də ölkədə koronavirusun ən geniş yayıldığı əyalətlərdən biridir.

 

İran Səhiyyə Nazirliyinin ötən günlərdə yaydığı məlumata görə, virus ilkin olaraq Qumdan Tehrana, buradan isə Gilan və Gülüstan əyalətlərinə sirayət edib. Gülüstan əyalətində hazırda virusun daha da genişlənməkdə olduğu deyilir.

 

Digər tərəfdən, "İrna" xəbər agentliyi Qumdan Tehran istiqamətində getmək istəyənlərin avtomagistrala daxil olmada xüsusi cihazlar vasitəsilə bədən hərarətlərinin yoxlandığı barədə məlumat yayıb.

 

Bundan öncə də rəsmilər xəstəliyə yoluxduğu ehtimal edilən insanların Qumdan çıxışının qarşısının alındığı barədə xəbər yaymışdılar. Lakin sosial şəbəkələrdə yayılan görüntülər bunun əksini, yəni məsulların sözügedən məsələyi etinasız yanaşdığını göstərirdi.

 

Mərkəzi əyalətinin İcra Hakimiyyəti də bir çox şəhərlərin girişində xəstəliklə mübarizə üçün nəzarət-buraxılış məntəqələri qurulduğu barədə məlumat yayıb. Səhiyyə Nazirliyi gələn günlərdə Mərkəzi əyalətdə koronavirusa yoluxanların sayının kəskin dərəcədə artma ehtimalının olduğunu bildirir.

 

Xatırladaq ki, İranda koronavirus Qum şəhərindən digər bölgələrə yayılıb. İlkin günlərdə rejim şəhəri karantinə alsaydı, xəstəliyin İranın digər bölgələrinə yayılmasının qarşısını almaq mümkün olardı. Lakin məsullar bu addımı atmaqdan imtina etdilər.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar