SON XƏBƏRLƏR

İranda minanın partlaması nəticəsində 3 nəfər həlak olub

2021.10.20, 07:36
İranda minanın partlaması nəticəsində 3 nəfər həlak olub

Gunaz.tv

GünAzTV: İranın İlam əyalətinin İraq sərhədinə yaxın Mehran şəhərində bir minanın partlaması 3 nəfərin ölümünə səbəb olub.

 

Hadisə, dekabrın 4-də Mehranın yaxınlığındakı bir məntəqədə baş verib. İki qadın və bir kişi İran-İraq arasındakı 8 illik müharibə dövründən qalan minaya düşərək yerindəcə həlak olub. Ölənlərin adları mediaya açıqlanmayıb.Hadisənin təfərrüatı araşdırılır.

 

Qeyd edək ki, son illər İranın Qərbi Azərbaycan, Kürdistan, İlam, Kirmanşah və Xuzistan əyalətlərinin İraq sərhədinə yaxın məntəqələrində yüzlərlə insan savaş zamanından qalan minalara düşərək həyatını itirib.

 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar