SON XƏBƏRLƏR

İranda qətldə günahlandırılan daha 1 nəfər ictimaiyyət qarşısında dara çəkilib

2021.10.20, 07:36
İranda qətldə günahlandırılan daha 1 nəfər ictimaiyyət qarşısında dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda adam oğurluğunda, cinsi təcavüzdə və qətldə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 nəfər ictimaiyyət qarşısında edam edilib.

 

Adı mediaya açıqlanmayan müttəhim, sentyabrın 14-də İranın Fars əyalətinin Mərvdəşt şəhərində ictimaiyyət qarşısında dara çəkilib. O, 13 yaşlı bir yeniyetməni oğurlamaqda və onu şəhərin ətrafındakı xəlvət bir yerə aparıb zorladıqdan sonra qətlə yetirməkdə günahlandırılıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar